Səcdə edərkən alının birbaşa yerə dəyməsi vacibdirmi?

    12.01.2024
Kimdən: 
Musa
Sual: 
Salam Aleykum.1.Secdeye gederken saç alinin yere deymesine ve ya salvardaki qatlaqlar dizin yere deymesine mane ola bilermi.2.Arxa hisseyi yuduqdan sonra qurulanmasaq arxa hisseye damci girib cixsa ve bu damci bildiyim qeder necaset sayilir(sidik meselesinde oxumusamki iceriye girib cixan damci necisdir.Bu arxayada aiddir?3.Yagli yemekden sonra agiz yagli galirsa bu destemaza manedirmi?4.Fatihe oxuyarken etdiyin herf sehvinin sozum menasini deyisib deyismediyini hardan bilmek olar Insallah?5.Sabun ve ya dus geli destemazda suyun deriye catmasina mane olurmu?6.Qusul alarken vesveseye fikir vermeden rahat cimmek olar İnsallah?Yeni her yerin islanmasini dusunmeden amma islatmaga calismaq.
Cavab: 

Və aleykum Salam. 

1) Səcdə edərkən alının birbaşa yerə dəyməsi vacib deyil. Odur ki, səcdə edərkən saçın alını örtməsi icazəlidir. Həmçinin şalvarın dizlərinin qatlanmış vəziyyətdə olması namaza xələl gətirmir. Ətraflı oxuyun:


2) Yuyunduqdan sonra qurulanmaq şərt deyil. Qeyd etdiyiniz şübhə şeytanın vəsvəsəsidir və belə vəsvəsələrə fikir vermək lazım deyil. Ətraflı oxuyun:


3) Yağlı yeməkdən sonra ağzın yağlı olması dəstəmaza xələl gətirmir. 


4) Bu cavabı oxuyun:


5) Sabun və ya duş geli suyun bədənə çatmasınaa mane olmur. 


6) Bu cavabı oxuyun:

Paylaş: