Dəstəmaz aldıqdan sonra yel çıxması barədə şübhəyə düşmək vəsvəsədirmi?
Və aleykum Salam.
1) Qibləni təyin edərkən tam dəqiqliyə ehtiyac yoxdur. Əsas odur ki, əks istiqamətə qılmayasınız. Lakin azacıq sağa və ya sola meyil etməkdə bir qəbahət yoxdur. Ətraflı oxuyun:
2) Dəstəmaz aldıqdan sonra yel çıxması kimi şübhələrin gəlməsi şeytanın vəsvəsəsidir, belə vəsvəsələrə fikir vermək lazım deyil. Abdullah ibn Zeyd əl-Ənsari (Allah ondan razı olsun) rəvayət edir ki, bir nəfər namaz əsnasında özündən sanki yel çıxdığını hiss etdiyini Peyğəmbərə ﷺ xəbər verdikdə Peyğəmbər ﷺ buyurdu: "Bir səs eşitməyincə və ya bir iy duymayınca namazdan çıxmasın!" (əl-Buxari, 137). Ətraflı oxuyun:
Dəstəmaz aldıqdan sonra yel çıxmasından şübhələnən yenidən dəstəmaz almalıdırmı?
3) İnsana özündən asılı olmayaraq ağlına gələn fikirlərə görə günah yazılmır. Bu barədə ətraflı oxuyun:
Pis fikirlərdən necə xilas ola bilərəm?
İnsanın özündən asılı olmayaraq Allah haqqında pis fikirlərə düşməsi günahdırmı?