Qiblədən azacıq dönmək namazı batil edirmi?

    25.09.2019
Kimdən: 
Qadın
Sual: 
Salam əleykum.Qadın səcdədeykən dirsəklərini tam yerə qoymalıdır? 2)Boyununda qüsul olmasa belə, qüsul aldıqdan sonra dəstəmaz almadan namaz qılmaq olarmı? 3)Sünnət namazları vərdiş halında hər zaman qılıram ama bəzən olurki qılmaya bilirəm qəzasını qılmaq isteyirəm qəzası yoxdur diyə qılmamalıyam? Ve namaza başlamadığım müddətlərin yerini sünnət namazlarım tamamlarmı? 4)Qiblə 207 dərəcədən başlamaqla 218 dərəcəyə qədər namaz qılınarsa namazı düzgündürmü?ALLAH razı olsun. Təşşəkkürlər.
Cavab: 

Va aleykum salam.

1) Səcdəyə gedərkən dirsəklərin yerə dəyməsi bəyənilmir. Bu, həm kişilərə, həm də qadınlara aiddir. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Səcdədə bədəninizi şax tutun və itin dirsəkləndiyi kimi dir­sək­lənməyin (yəni, səcdə zamanı dirsəkləri yerə qoymayın, dirsəklər havada qalsın)". (Buxari və Muslim).
Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (təşəhhüdü oxu­du­ğu zaman) sol ayağının üzərində oturub sağ ayağının bar­maqlarını qibləyə tərəf yönəldər və şeytan oturuşun­dan (səhabələrini) çəkindirərdi. Həmçinin, heyvan oturuşun­dan (səcdə etdikləri zaman dirsəkləri yerə qoymaqdan da onları) çəkindirərdi…". (Muslim).

Həmçinin oxuyun: 

2) Boynunda vacib qüsl olmadığı halda əlavə qüsl alan mütləq dəstəmaz almalıdır. Cənabət, heyz və nifas kimi vacib qüsllər isə dəstəmazı əvəz edir. Həmçinin oxuyun:

3) Fərz namazları kimi sünnət namazları da üzürlü səbəbdən tərk olunduğu təqdirdə qəza etmək olar. Əgər hər hansı bir səbəbdən sünnət namazını qıla bilmədikdə, bu namazı başqa bir vaxtda (hətta qadağan olunmuş vaxtlarda) qılmaq olar. Ummu Sələmə dedi: "Mən Peyğəmbərin (əsr­dən sonra) iki rükət namaz qıl­mağı qadağan etdiyini eşitdim, sonra da onun əsr­ namazından sonra bu iki rü­kə­ti qıldığını gördüm. O mənim yanıma gəldiyi vaxt ənsardan olan Bəni Ha­ram qəbiləsinin qadınları da yanım­da idilər. Mən kənizlərdən birini onun yanına göndərib tapşırdım ki, gedib onun yanında dursun və ona desin: "Um­mu Sələmə sənə deyir: "Ey Allahın elçisi, mən sənin bu iki rükəti qadağan et­di­yi­ni eşitmişdim, indi isə sənin bu iki rükəti qıldığını görürəm." (Sonra Ummu Sələmə kənizə dedi:) "Əgər o əli ilə sənə işarə etsə, kənara çəkil və gözlə." Kə­niz gedib (Ummu Sələmənin dediyini Peyğəm­bərə) deyəndə o, əli ilə işarə et­di və kəniz kənara çəkilib gözlədi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namazı bitirdikdən sonra dedi: "Ey Əbu Ümeyyənin qızı, məndən əsrdən son­ra qıldığım iki rükət ba­rəsində soruşdun. Bu ona görədir ki, Abdul-Qeys qəbiləsindən bir dəstə adam yanıma gəlib məni zöhrdən sonra qılacağım iki rükət namazdan yayındırdı. Bu həmin (sünnət) namazıdır." (əl-Buxari, 1233).

Tövbə edib namaza başlayan insanın əvvəl qılmadığı namazları əfv edilir. Çünki tövbə özündən əvvəlki günahları yuyur. Sünnət namazları fərz ibadətlərdə buraxılan səhvləri tamamlayır və Allah qatında dərəcəni yüksəldir. Həmçinin oxuyun:

 4) Qiblənin istiqaməti gözəyarı təyin edilir. Tam olaraq Kəbəyə yönəlmək yalnız Kəbə gözlə görünən məsafədə olduqda vacib olur. Uzaq məsafələrdə isə təqribi qibləyə tərəf yönəlmək kifayətdir. Qiblədən bir az sağa və ya sola meyl etmək namazı batil etmir. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Gündoğanla günbatanın arası qiblədir" (ət-Tirmizi, 342. İbn Məca, 1011). Bu hədis dəlalət edir ki, Məkkə şəhərinə təqribi yönəlmək vacibdir. Qiblədən yayınmaq isə qiblədən üzünü tam olaraq döndərməklə olur. Həmçinin oxuyun:


Paylaş: