İki corab geyindikdə məsh hansı coraba çəkilir?

    01.04.2024
Kimdən: 
Orxan
Sual: 
Salam Aleykum.1) Cənabət qüslü aldıqdan sonra corab geyinib məsh çəkmək olar? Dəstamazı əvəz etdiyinə görə. 2) Lə iləhə iləllah ən üstün zikr olduğu üçün Allaha ən çox yaxınlaşdıran və ən çox savabı olan zikrdir? 3) İki corab geyinəndə məsh necə çəkilir? 4) Corab üstündən də ayaqqabı geyinəndə(ayaqqabı ilə qılınacaqsa) məsh hansına çəkilir? 5) Davud əleyhissəlamın orucun tutan (birgündənbir) 5-6 cı günlərə də düşür axı, 5-6 günlərdə də bildiyimiz kimi olmaz oruc. Gün aşrı tutanda da tək gün olaraq ya 5 ya da 6 cı günə düşür tək olaraq. 6) İş tapmaq üçün evdən çıxmaq səbəblərdəndir? Təvəkküldə yəni. 7) İş tapmaq ilə əlaqədar təvəkkülə misal yaza bilrsiz daha aydın başa düşüm deyə. Təşəkkürlər
Cavab: 

Və aleykum Salam. 

1) Bəli, cənabət qüslü etdikdən sonra corab geyinib növbəti dəstəmazda üzərinə məsh çəkmək icazəlidir. Ətraflı oxuyun:


2) Bəli, "Lə İləhə İlləllah" zikri Allaha yaxınlaşdıran ən fəzilətli zikrlərdən biridir. Ətraflı oxuyun:

Şəhadət


3) İki corab geyindikdə məsh üstə olan coraba çəkilir. 

Xöfflərin (ayaq üçün, dəridən hazırlanmış geyim) üzərinə məsh etmək 


4)  Əgər ayaqqabı topuğu örtürsə bu halda ayaqqabının üzərinə də məsh çəkmək olar. Əgər ayaqqabı topuqdan aşağıdırsa bu halda corabın üzərinə məsh çəkilir. 

5) Cümə və şənbə günləri oruc tutmaq qadağası Davud (əleyhissələm) orucuna aid deyil.

6) Bəli, Allaha təvəkkül etdikdən sonra iş axtarmaq üçün evdən çıxmaq səbəblərdən tutunmaq sayılır.

7) Bu cavabı oxuyun:

Halal ruzi axtarın! 

Teqlər: 
Paylaş: