Dəsətəmaz alarkən əzaları bir dəfə yumaq olarmı?

    07.10.2024
Sual: 
Salam.Allah rizasi ucun cavablamaginizi xahis edirem.Men namazimda dayaniqli ola bilmirem.subh namazina ucqar kendde yasadigim ucun dura bilmirem.Yeni o vaxt menden basqa hec kim durmur,su yeri eve uzaqdi deye cekinirem tek getmeye.Diger terefden namazin duzgun qilinma qaydasini oyrenmek isdiyirem.Men her defr sehvler edirem bilmeden,sonra oyrenirem sehv olanini.Cox xahis edirem yazardiniz duzgun sureleri evvel hansi,sonra hansi sure oxunmalidi.Dualar ne curdu xususen salamlari bilmirem duzunu.Ve destnamazda eller 1defe yuyulmalidi ya 3defe? Cox xahis edirem destnamaz ve namaz ucun duz video izah linki qoyardiniz.Mende cox axinti olur,uzr isdiyirem.Her saniye qusl ala bilmirem.Ne edim?
Cavab: 

Və aleykum Salam. Əvvəla Uca Allahdan sizin üçün dində sabitlik diləyirik! Allaha həmd olsun ki, dinimiz asandır və asanlığı buyurur. Əvvəla bunu qeyd edək ki, insan Allaha ibadəti nə qədər məşəqqətli olarsa, bir o qədər də savabı çox olar. Odur ki, sizə Allaha ibadətdə səbirli olmağı və savabını Allahdan ummağı diləyirik. 

Əgər dəstəmaz almaq üçün su uzaqdadırsa, dəstəmaz alacaq qədər suyu axşamdan yanınızda saxlayın və səhər uzağa getmədən bu su ilə dəstəmaz ala bilərsiniz. Əgər bu mümkün olmasa, təyəmmüm alıb namaz qıla bilərsiniz. Namazın düzgün qılınması və dəstəmazın düzgün alınması barədə videoları bu linkdən izləyə bilərsiniz:


Dəstəmaz alarkən əzaları bir dəfə yumaq vacibdir, üç dəfə yumaq isə müstəhəbdir. 

Qadından gələn axıntılar qüslü pozmur, lakin dəstəmazı pozur. Bu barədə ətraflı oxuyun:

Teqlər: 
Paylaş: