Xəstəlik səbəbindən tez-tez axıntısı olan qadın necə namaz qıla bilər?

    12.10.2024
Sual: 
Salam, mənim anam xəstə olduğu üçün dayanmadan ondan çirk, qan gəlir, heyz qanı kimi. 1 2 gün təmiz olur, sonra yenə ləkə kimi gəlir, üzrlü sayın, belə olan halda anam namaz qılmalıdı? Çünki artıq 6 aydı ki təmix ola bilmir.
Cavab: 

Və aleykum Salam. Əvvəla Uca Allahdan ananıza kamil şəfa verməsini diləyirik! Namaz elə bir ibadətdir ki, onu ağlı başında olan hər bir müsəlman yerinə yetirməlidir. Dinimiz asanlığı buyurduğu üçün hər bir çətin haldan bir çıxış yolu qoymuşdur. Əgər ananız heyzdən kəsilibsə və qeyd etdiyiniz hal artıq xəstəlik halını alıbsa, bu halda namazın vaxtı girdikdə ananız yuyunub dəstəmaz almalıdır və növbəti namaza qədər ondan gələn axıntılar artıq onun dəstəmazını pozmuş sayılmır. Növbəti namazın vaxtı yetişdikdə yenə yuyunub dəstəmaz alır və bundan sonra gələn axıntılara fikir vermir. Beləcə gün ərzində namazlarını qılmalıdır. Əgər ananız heyzdən kəsilməmişsə və xəstəliklə əlaqəli gələn axıntılar bəzən heyz qanına qarışırsa, bu halda heyz adəti günlərində namazları qılmır, heyzdən təmizləndikdən sonra isə qüsl alıb namazlara başlayır və yuxarıda qeyd etdiyimiz qaydada dəstəmaz alır. Həmçinin oxuyun:

Paylaş: