Xəstəlik səbəbindən dəstəmazını saxlaya bilməyən necə namaz qılmalıdır?
Sual:
Salam bacim destemazi saxliya bilmir. Evvel bilmirdi defelerle destemaz alirdi pozulurdu birde alirdi namazlari qezaya qalirdi. Indi bir defe alir qilir. Ama evelden qeza namazlari yigildi indi qilmaq isdeyir. Ama vaxt girende oz namazini qilir pozulur arxasinca qezalarini qilmaq isdeyir gerek defelerle destemaz alsin her qeza namazi ucun. Belede cetinlik cekir . Bir defe destemaz alsa vaxt girende hem oz namazini qilsa ve isdediyi qeder qeza ve basqa namazlarini qila bilermi ta vaxt cixana qeder? Destemazli sayilarmi. 2)Stolda oturub namazi qilan secdeye gedende alinini divana qoya biler?
üzürlu insan 1 defe d isdediyi qeder namaz qila biler pozulsa bele cixana kimi
Cavab:
Aleykum salam. Müəyyən xəstəlik (sidiyi saxlaya bilməmək və ya yel çıxması kimi) səbəbindən dəstəmaz saxlaya bilməyən insan namazın vaxtı girdikdə dəstəmaz alır və növbəti namazın vaxtı girənə qədər xəstəlik səbəbindən yaranmış hal onun dəstəmazını pozmuş sayılmır. Bu, dinimizin bizə bir asanlaşdırmasıdır. Məsələn, bir insan xəstəlik səbəbindən sidiyini saxlaya bilmirsə, namaz vaxtı yetişdikdə yuyunur və dəstəmaz alır. Sonra namazına başlayır. Bundan sonra sidik axsa belə bu onun dəstəmazını pozmuş sayılmır. Növbəti namaza kimi istədiyi qədər qəza və nafilə namazlarını qıla bilər. Növbəti namaz vaxtı girdikdə isə yenidən yuyunub dəstəmaz alır. Həmçinin oxuyun:
Dəstəmazı tez-tez pozulan adam necə namaz qılsın?
Dəstəmazı tez-tez pozulan adam necə namaz qılsın?
Stulda oturaraq namaz qılan insanın alnını nəyinsə üzərinə qoymasına ehtiyac yoxdur. Sadəcə səcdə üçün bir qədər əyilməsi kifayətdir. Əgər həm rükunu, həm də səcdəni oturaraq edirsə, rüku üçün əyildiyindən bir qədər artıq səcdə üçün əyilir. Həmçinin oxuyun:
Stulda oturaraq namaz qılmaq olarmı?
Qəza namazları barədə ətraflı oxuyun: Keçmiş illərin qəza namazları qılnmalıdır?