Sübh namazım qəza olarsa, əvvəl qəzanı qılmalıyam, yoxsa zöhr namazını?
Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, namazları səbəbsiz yerə qəza etmək böyük günahdır və heç bir üzrlü səbəb olmadan qəza edilən namaz yenidən qılınmır. Bu barədə ətraflı oxuyun:
Sübh namazını günəş çıxdıqdan sonra qılmaq olarmı?
Üzrlü səbəbdən (yatıb qaldıqda və ya unutduqda) qəza edilən namaz dərhal qılınmalıdır. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun!) demişdir: "Yatmaq səhlənkarlıq deyildir, səhlənkarlıq namazı o biri namazın vaxtı girənədək qılmamaqdır. Kimin başına belə bir iş gəlsə, onu xatırladıqda qılsın" (Muslim, 681). Əgər sübh namazı qəza olubsa, onu gecikdirmədən qılmaq lazımdır. Buna görə zöhr azanını gözləmədən əvvəlcə sübh namazının qəzasını qılın, sonra isə vaxt girdikdə zöhr namazını qılın. Çünki qəza olan namazı bilərək gecikdirmək doğru deyil. Həmçinin oxuyun: