Namaza başlaya bilməmək və oruclu ikən diş çəkdirmək haqqında
Aleykum salam.
1) Namaz qılmağa başlayan insana şeytan müxtəlif vəsvəsələr verməklə onu bu yoldan çəkindirməyə çalışır. Fikrin qarışması da belə vəsvəsələrdəndir. Vəsvəsə ilə isə mübarizə aparmaq yox, sadəcə əhəmiyyət verməmək lazımdır. Fikriniz yayınsa da namaz qılmalısınız. İnşallah, bu cavabı oxuyan kimi dərhal namaza başlayın. Peyğəmbərimiz (salallahu aleyhi və səlləm) namazda fikri qarışanlara "əuzu billəhi minəş şeytani rəcim" deyərək sol tərəfə 3 dəfə yüngülcə tüpürməyi buyurmuşdur.
Həmçinin oxuyun:
Daha ətraflı cavabları buradan oxuyun:
Namaz qılmaq istəyirəm, amma qəlbimdə narahatçılıq var
Vaxtı ilə namaz qılmışam...
Nə edim ki, imanım əvvəlki kimi güclü olsun?
2) Oruclu olarkən diş çəkdirmək olar. Orucu pozan amillərlə bağlı daha ətraflı "Ramazan orucu" məqaləsini oxuya bilərsiniz.