Vaxtı ilə namaz qılmışam...
Aleykum salam. Hicab və namaz, hər ikisi də Uca Allahın əmridir. Müsəlman qadın həm hicab bağlamalı həm də namaz qılmalıdır. Bilin ki, namaz heç bir insanı tərk etmir. Bu yanlış fikirdir. İnsanlar fərqli olduqları kimi imanda da fərqlidirlər. Bəzi insanlar namaza gəldikdə başlarına nə iş gəlsə də, namazlarını tərk etmirlər. Belə ki, hədislərin birində Peyğəmbər (salləllahu aleyhi və səlləm) hər bir əməldə həvəsin gəldiyi və getdiyi anların olduğunu və bu halda əməllərini qoruyanın nicat tapacağını söyləmişdir. Uca Allah Qurani Kərimin bir çox ayələrində tövbə edərək Onun itaətinə qayıdanlara bağışlanma və Cənnəti vəd edir. Siz artıq əvvəllər namaz qılmısınız, ona görə də sizin namaza qayıtmağınız daha asan olmalıdır və Uca Allahın sizi qarşılayaraq bağışlamağı da həmçinin. Çünki siz əvvəllər Ona ibadət etmisiniz. Sadəcə olaraq bu problemlərlə qarşılaşanlar demək olar ki, hamısını şeytan Uca Allah barəsində pis fikirlər gətirərək aldatmağa çalışır. Şeytan günahlara batan və ibadətdə nöqsanlara yol verən insanlara günahlarını şişirdərək güya Uca Allahın onlara qəzəbi tutduğunu, qəlblərinə möhür vurduğunu, namazın onları tərk etdiyini vəsvəsə edir. Ona görə ümidsizliyə qapanıb şeytana aldanmayın! Allah Elçisinin (salləllahu aleyhi və səlləm) demişdir: "İblis Rəbbinə dedi: "İzzətinə və Ucalığına and olsun! Nə qədər ki, Adəm övladlarının ruhları bədənlərindədir, mən onları azdırmaqdan əl çəkməyəcəyəm". Allah buyurdu: “İzzətimə və Ucalığıma and olsun! Nə qədər ki, onlar Məndən bağışlanma diləyəcək, Mən onları bağışlayacağam!" (İmam Əhməd, 11240). Həmçinin oxuyun:
Namaz qılıb tərk edən yenidən namaza necə qayıda bilər?
Namaz qılmaq istəyirəm, amma qəlbimdə narahatçılıq var
Namaz ən fəzilətli ibadətdir