Cinsi əlaqədən sonra hər dəfə qüsl almaq vacibdirmi?
Sual:
Salam baguskayin tez tez cinsi elaqede olandan sora namaz qulmaq ucun her defe cimib basdan quslmu etmek lazimdi? Yeni drmek isteyirem ki eger her gun cimib qusl etmek insani xest sala biler? Ve yaxud gunde 2 ya3 defe olsa 3 defede qusl almaq lazimdimi?
Cavab:
Aleykum salam. Cinsi əlaqədən sonra həm kişi, həm də qadın qüsl almalıdır. Qüsl etmədən namaz qılmaq batildir. Özünü qoruyarsa, hər gün çimmək insanı xəstələndirmir. Lakin xəstəlik varsa və ya soyuq hava səbəbi ilə xəstələnmək təhlükəsi olarsa, müvəqqəti olaraq bu vəziyyət aradan qalxana qədər təyəmmüm almaq olar. Daha ətraflı:
Qadınlar qüsl alanda saçlar tam islanmalıdırmı?
Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?
Hər dəfə cinsi əlaqədən sonra mütləq qüsl almaq lazımdır, yoxsa təyəmmüm də etmək olar?
Cinsi əlaqədən sonra su tapmasaq nə etməliyik?