Qunut dualarının sonunda "əmin" demək mütləqdirmi?
Aleykum salam. Əgər camaat namazı qılırsınızsa və imamla bərabər qunut tutmusunuzsa, imam duaları etdikcə, arxadakılar "əmin" deyirlər. Ancaq özünüz tək qılanda buna ehtiyac yoxdur, dua etməyiniz kifayət edir. Ümumiyyətlə, duaların sonunda camaatla bərabər "Əmin" demək müstəhəbdir (bəyənilir), sünnəyə uyğundur və duanın ədəblərindən sayılır.
Camaat namazında da imam Fatihəni oxuyub qurtarandan sonra da əmin demək lazımdır. Allahın Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "İmam: "Əmin", deyən zaman siz də: "Əmin", deyin. Çünki kimin "əmin"i mələklərin "əmin"i ilə üst-üstə düşərsə, keçmiş günahları bağışlanar". (Hədis səhihdir).
İbn Şihab (radıyəllahu anhu) rəvayət edir ki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) "əmin" deyərdi. (əl-Buxari; Muslim; İmam Malik; Əbu Davud; ət-Tirmizi; ən-Nəsai; İbn Macəh).
Həmçinin, xütbə vaxtı imam müsəlmanlar üçün dua edərkən "Əmin" demək müstəhəb əməldir. Lakin bu, hamı eyni vaxtda və ucadan deyilməməlidir. Əksinə, hər kəs fərdi şəkildə və alçaq səslə deməlidir ki, mane olmasın və səs-küy yaranmasın. Həmçinin oxuyun:
Vitr namazında qunut duası vacibdirmi?
Vitr namazında edilən qunut duası
Namazın qılınma qaydası - VİDEO