Namaz qılan qadına nələr olmaz və mənə namaz öyrənməyə kömək edə bilərsinizmi?
Sual:
qadin namaz qilarsa nelerden kecmelidr?(etriyyat,kosmetika,sac boyasi,plastik emeliyyat ve s. bukimi)
Men namaz qilmagi sidq urekden isteyrem,uzr isteyrem bir yaw yarmliq uwagmda var...eslinde bu mene mane olmaz,amma namazi oyrenmek mene cetin gelir,xahish edirem mene nece komek ede bilersz,men bunu cox isteyirem......EVVELCEDEN COX TEWEKKUR....
Cavab:
Salam aleykum. Namaza başlamanız münasibətilə sizi təbrik edirik. Namaza başlamaq həm Allahın böyük neməti, həm də uğurun əlamətlərindəndir. Uca Allah buyurur: "Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər". (əl-Ənam, 125).
Namazı bu videoya baxaraq öyrənə bilərsiniz: Namaz qılmaq qaydası - VİDEO
Sözləri əzbərləyənə qədər əlinizdə kağıza baxaraq namaz qıla bilərsiniz. Uca Allahın qadağan etdiyi bəzi şeylərə Onun razılığını və Cənnəti qazanmaq vasitəsi kimi baxmaq lazımdır. Daha ətraflı:
Makiyajdan istifadə etmək olarmı?
Plastik əməliyyat etmək olarmı
Qadına ətir vurmaq olarmı?