Namazdakı hərəkətlər barədə suallar
Sual:
salamun aleykum. 1.Namazda səcdə edərkən dirsəklər və qol tam olaraq yerə dəyməlidirmi? 2.Təşəhüddə oturarkən ayaqlarımızı necə qoymalıyıq? 3.təşəhüddə oturarkən belimiz dik tutmalıyıq ?4.sadakallahul əzim sozünün mənası nədir və nə zaman demək lazımdır? Allah razı olsun.
Cavab:
Aleykum salam. Namazda dirsəklər yerə dəyməməlidir və dabanlar birləşdirilməlidir. Təşəhhüddə isə sol ayağın üzərində oturulur, sağ ayaq isə dediyiniz kimi şaquli vəziyyətqə qalaraq barmaqların ucları qibləyə tərəf əyilir. Həmçinin, bacardığınız qədər də belinizi dik tutursunuz. Daha ətraflı:
Səcdəyə gedərkən dirsəkləri yerə qoymaq barədə
Namazın qılınma qaydası - VİDEO
"Sadəqallahu-l-Azim" sözünün mənası - "Əzəmətli Allah doğru buyurdu" deməkdir. Bu ifadəni bəzi insanlar Qurani Kərimi oxuyub qurtardıqdan sonra desələrdə, bu haqda Quran və Sünnədə heç bir səhih dəlil gəlməmişdir. Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) səhabələri də bunu etməmişlər, bu dində sonradan meydana gəlmiş bidətlərdəndir (yeniliklər).