Qüsl, öləndə "lə iləhə illəllah" demək və digər məsələlər haqqında
Sual:
Assalamu aleykum necesiz? cox saqolunki burda nece nece suallari sebrle cavablandirirsiz ALLAH sizlerdn razi olsun.Menimde suallarim beledir xaish edirem aydin sekilde cavab veresiz.1.Qusul aldiqdan sonra sonda suyu basdan tokdukden sonra saq ciyin ve sol ciyinden tokmek sertdir ve yaxud olar? 2Deyyeki seher kelme sehadeti demisem axsam olsem kelme sehadeti demis sayiliram yoxsa olum aninda demeliyem? 3.Men zikirleri ve bezi dini sozderi balaca kaqiza yazmisam ki oyrenim indi ise oyrenmisem oo kaqizdari biliremki atmaq olmaz bes yandirmaq olar? eger oda olmazsa bes nece elemey olar? 4.Evde korpe usaq divani batiribsa orada quruyub ve yaxud yawdi men bilmeden ora uzansam amma yadima dushdukde qalxsam destamaz pozulur?paltari nece deyishmeliyem umumiyetle destamazli halda korpe usaq qucaqda olsa pamperse batirsa qucaqda ola ola destamaz pozulurmu onda? 5.Eqiq qurbani kesilerken onun basi ayaqi ve derisini qessaba ve yaxudda kimese vere bilerem yoxsa ne etmeliyem?ewitdiyime gore basdirilmaldir olar? 6.Islamda kisinin gumus sep taxmasi nece qarsilanir ?ALLAH elmivize bereket versin.
Cavab:
Aleykum salam.
- Qüsl alarkən suyu əvvəl sağ çiyin, sonra sol çiyindən tökmək vacib şərt yox, bəyənilən ədəblərdəndir. Daha ətraflı: Qüsl necə alınır və onu pozan amillər hansılardır?
- "Lə iləhə illəllah" kəliməsini ölüm ayağında olan adama dedizdirmək vacibdir. Amma qəflətən ölən adam bu kəlməni demədən dünyadan köçübsə, bu onun qeyri-müsəlman kimi ölməsini bildirmir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Ölüm ayağında olan ölülərinizə "Lə İləhə İlləllah" kəlməsini dedizdirin". (Muslim, Əbu Davud, Tirmizi və başqaları). "Kimin son kəlməsi (sözü) "Lə İləhə İlləllah" olarsa, Cənnətə daxil olar. (Əbu Dəvud)
- Bu kağızları yandırıb ata bilərsiniz
- Bilmədən uşağın batırdığı yerdə oturmaq dəstəmazı pozmur. Daha ətraflı: Dəstəmazı pozan hallar
- Cavabı buradan oxuyun: Qurbanlıq, kasıblara yardım etmək və digər məsələlər barədə suallar
- Gümüş üzük vurmaq olar, çünki Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) üzüyü də gümüşdən olub. Zəncir (sep), qolbaq, sırğa və s. bəzək şeylərini vurmaq isə icazəli deyil, çünki Allah Rəsulu (sallallahu aleyhi və səlləm) özünü qadına oxşadanları lənətləmişdir.