Heyzli qadın telefondan Quranın azərbaycanca tərcüməsini oxuya bilərmi?
Sual:
Salam aləykum va rahmətullahi va barakatuhu. bildiyimə görə qadın heyzli vəziyyətdə quran kitabını oxumaz,günahdır. Bəs əgər tel.da quran yükləmişəmsə azərbaycan dilində, buni heyzli vəziyyətdə oxumaq olarmı? ümumiyyətlə tel.na quran yükləmək günah sayılır? Digər suallar: gözü qapalı dua etmək olar? Heyzli vəziyyətdə üzü qibləyə dönüb dua etmək olarmı?
Cavab:
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu.
-
Qüsl olmadan (heyz halı da bura daxildir) kitabdan Quran oxumaq olmaz. Amma tərcümə Quran sayılmadığından, onu qüslsuz oxumaq olar. Daha ətraflı:
Quranı və onun tərcüməsini oxuyanda dəstəmaz almaq lazımdırmı? -
Telefona quran yükləmək günah deyil.
-
Gözü yumaraq dua etmək olar, namazda isə gözləri yummaq bəyənilmir. Həmçinin oxuyun: Namazda bəyənilməyən əməllər
-
Dua etdikdə (həmçinin heyz halında) qibləyə yönəlmək olar və bu, duanın ədəblərindən sayılır. Daha ətraflı: Duanın ədəbləri
Həmçinin oxuyun: Heyzli halında nələri etmək olmaz?