Yasin surəsinin 58-ci ayəsini yüz dəfə zikr etmək olarmı?

    04.02.2015
Sual: 
Salam Aleykum. Destemaz alanda qadin mutleq bawina mesh cekmelidir? Birde men aize usualyazmiwdim Salamun Qavlemin Rebbin Rehim bu sozun nenasini siz cavablandirdiz Allah razi olsun..indi bilmek isterdim bu sozu Salamun Qavlemin Rabbin Rahim zikr etmek olarmi yuz defe.Bir insan taniyoram o Bele zikr edit..bu dogrudur??
Cavab: 

Aleykum salam.

  1. Qurandakı ayəyə və səhih hədislərə əsasən dəstəmaz alarkən mütləq başa məsh çəkilməlidir. Osmanın xadimi Humran deyir ki, Osman ibn Affən (Allah ondan razı olsun) dəstəmaz almaq üçün su gətirməyi əmr etdi sonra dəstəmaz almağa başladı, ilk olaraq əllərini üç dəfə yudu, sonra ağzını yaxalayıb, burnuna su aldı, sonra üzünü üç dəfə yudu, sonra sağ əlini dirsəyə qədər üç dəfə yudu, sonra sol əlini də elə yudu, sonra başına məsh etdi, sonra isə sağ ayağını topuqlara qədər üç dəfə yudu, sonra sol ayağını da elə yudu və dedi: Mən, peyğəmbərin mənim aldığım dəstəmaz kimi dəstəmaz aldığını gördüm. Sonra peyğəmbər (sallallahu aleyhi və səlləm) belə dedi: "Kim mənim aldığım bu dəstəmaz kimi dəstəmaz alar, sonra qalxıb artıq heç bir şey düşünmədən (tam xüşu vəziyyətində) iki rükət namaz qılarsa, onun keçmiş günahları bağışlanar". İbn Şihab deyir ki, bizim alimlərimiz belə deyərdilər: Namaz üçün alınası ən yaxşı dəstəmaz budur". (Buxari: 1/ 266/ № 164; Muslim: 1/ 204/ № 226).
  2. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) Yasin surəsinin 58-ci ayəsini zikr məqsədilə deməyi buyurmamışdır. Bunu deyənlərin Quran və sünnədən heç bir dəlili yoxdur, ona görə də bundan çəkinmək lazımdır. Həmçinin oxuyun: Allahın adlarından yüz dəfə deməklə arzulara çatmaq olarmı? , Zikr nədir?
Paylaş: