Bulaşıq paltarda namaz qılmaq, vitr namazı haqqında və digər suallar
Sual:
Salam.Namazi ayaqqabi;damawnik;ayaqyalin;cannamazsiz;ustu bulawiq paltarla; ve s. Qilmaq olarmi?
Vitr namazini qilib mutleq yatmaliyiqmi.
Iwa namazini yatan vaxta yaxin qilsaq savabi cox olar yoxsa ele girdiyi vaxtda?cavablari mene mutleq lazimdir xahiw edirem
Cavab:
Aleykum salam.
- İstənilən paltarda, ayaqqabıda həmçinin yerdə (xalça, torpaq, döşəmə və s.) bir şərtlə namaz qılmaq olar ki, murdar şeylərə (nəcis kimi) bulaşmış olmasın. Daha ətraflı: Dəstəmazı və namazı batil edən hallar
- Vitr namazını həm yatmazdan qabaq, həm də gecənin bir hissəsini yatandan sonra durub qılmaq olar. Daha ətraflı: Vitr, gecə və təhəccüd namazları hansılardır və necə qılınır?
- Bu cavabı oxuyun: İşa namazını vaxtı girən kimi, yoxsa yatanda qılmaq daha savabdır?