Quranda dəstəmaz vaxtı ağıza, buruna su almaq və qulaqlara məsh çəkmək yoxdur...
Sual:
As-selam aleykum ve rehmetullahi ve bereketuh.Quranda ALLAH buyurur: "Ey iman getirenler! Namaza durarken uzunuzu ve dirseklere qeder ellerinizi yuyun,basiniza mesh cekin,topuqlara qeder ayaqlarinizi yuyun( el-maide ,6) destamazin alinma qaydasi bu ayede gosterilib.sizin saytda hemcinin basqa saytlarda destamazin alinma qaydasinda; agzi yaxalamaq,buruna su cekib qaytarmaq,qulaqlara mesh cekmek,bunlar gosterilib.amma bu ayede bu hereketlerden danisilmir? Bu bidetmidir?bunlari etmesek olarmi? Minnetdaram...
Cavab:
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Xeyir, bunları etmək bidət (dində yenilik) yox, əksinə lazımdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı (yuyun)...". (əl-Maidə, 6).
Ərəb dilinin qaydalarına görə ağız və burun üzdən, qulaqlar isə başdan hesab olunur. Bu səbəbdən üz yuyulduqda ağız və burun da yuyulur, başa məsh çəkildikdə isə qulaqlara da çəkilir. Həmçinin bunun sübutu səhih hədislərdə təsvir olunan Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) dəstəmaz alması qaydasıdır. Daha ətraflı:
Dəstəmaz alarkən ağızı və burunu yumaq vacibdirmi?
Başın hansı hissəsini məsh edilməlidir?
Dəstəmaz necə alınır?