Qüsl almadan yatmaq olarmı?
Sual:
salam aleykum.cenabet quslu almadan yatmax günahdırmı.ümumiyyetle heç vaxt qusl almamax düzgündürmü.
Cavab:
Aleykum salam.
- Yalnız dəstəmaz alıb yataraq, qüslu sübh namazına qədər gecikdirmək olar. Ömər (Allah ondan razı olsun) peyğəmbərdən (sallallahu aleyhi və səlləm) soruşmuşdu: "Bizlərdən birimiz cənabətli halda yata bilərikmi?" Peyğəmbər "əgər dəstəmaz alıbsa, yata bilər" dedi. (Buxari, Muslim). Aişə (Allah ondan razı olsun) demişdir ki, Peyğəmbər cunub halda yatmaq istdədikdə dəstəmaz alıb yatardı. (Buxari, Muslim). Abdullah ibn Əbu Qeys (Allah ondan razı olsun) rəvayət edir ki, Aişədən soruşdum ki, "peyğəmbər cunub olduqda necə edərdi? Yatmazdan əvvəl qüsl alardı, yoxsa qüsl almadan yatardı?" Aişə dedi: "Hər ikisini də edərdi. Hərdən qüsl alıb yatardı, hərdən də qüsl almadan dəstəmaz alıb yatardı". Mən dedim ki, "hər məsəldə dinini əhatəli, hərtərəfli edən Allaha sonsuz həmd-sənalar olsun!" (Muslim). Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) həmçinin demişdir: "Sizdən biriniz xanımı ilə yaxınlıq etdiyi vaxt bunu təkrarlamaq istədikdə dəstəmaz alsın". (Beyhəqi).
- Heç qüsl almamaq günahdır. Uca Allah buyurur: "...(Yaxınlıq edib) natəmiz olmuşsunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz". (əl-Məidə, 6). Göründüyü kimi, qüsl almadan namaz qılmaq olmaz. Su olmadıqda və ya xəstəlik təhlükəsi olduqda təyəmmüm almaq lazımdır.
Həmçinin oxuyun:
Qüsl necə alınır və onu pozan amillər hansılardır?
Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?