Bidətçi imamın arxasında namaz qılmaq olarmı və digər suallar

    04.05.2015
Sual: 
Salam aleykum ve rahmetullah suallarim biraz coxdur isteyirem etrafli cavab veresiz.Bezi qardaslar deyirlerki o mecidde imam bidetcidi bidetci imamin arxasinda namaz qilmaq olar?Dunyasini deyismis doqma qardasin zovcesini almaq olar?Kisi boqazinda cixan artiq tukleri qayci ile kese bilermi?Telefon dukaninda 400 ola teli kreditle ancaq banka yox ele odemeyle ustunde 100 azn vermey yenede faiz haqqina girir haramdi?Namaza baslayanda estafurulla demey lazimdir?Paltarivin hansisa bir yerine sidiy deydiyde onu su ile temilemey laimdir yoxsa deyismey?Oruc zamani visvakin copu baqaza gederse oruc pozulur? seher sahura durduqun an azanin vaxtina az qalib amma teharete deyirsen orda qelbde kecirmey olar niyyeti yoxsa cata bilmeyeceksen yoxsa yox?ALLAh razi olsun sizleri xeyirle mukafatlandirsin..
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu.

  1. İbn Teymiyyə (rahiməhullahu) belə demişdir: "Səhabələr (Allah onlardan razı olsun) asilik etdiyini bildikləri imamların arxasında namaz qılırdılar. Belə ki, Abdullah ibn Məsud və digər səhabələr (radıyəllahu anhum) içki içən, bəzən bilərək sübh namazını dörd rükət qıldıran, Osman tərəfindən qamçılanan əl-Valid ibn Uqbə ibn Əbu Mueytin arxasında namaz qılırdılar. Həmçinin Abdullah ibn Ömər və başqa səhabələr Həccac ibn Yusifin, Səhabə və Tabiinlər şəriətdə əsaslı bir məsələni inkar (ilhad) etməkdə ittiham olunan və zəlalətə dəvət edən İbn Əbu Ubeydin arxasında namaz qılardılar". (İbn Teymiyyə: "Məcmuu-l-Fətəva, 3,/281).
  2. Bəli, şəriətə görə vəfat etmiş qardaşın zövcəsi ilə evlənmək olar.
  3. Bəli, boğazdakı artıq tükləri qayçılamaq olar. 
  4. Borcu gecikdirdiyiniz halda məbləğin üzərinə əlavə faiz gəlmirsə, almaq olar. Amma imkan ola-ola borcu gecikdirmək günahdır.
  5. Xeyr, namaza başladıqda "istiğfar" (əstəğfirullah deyərək Allahdan bağışlanma diləmək) etmək lazım deyil.
  6. Nəcisə bulaşmış paltarı mümkündürsə, su ilə təmizləyin, əks halda çıxarıb yumaq lazımdır.
  7. Bilmədən misvakın çöpünün boğaza getməsi orucu pozmur
  8. Ümumən niyyət dillə deyilmir. Daha ətraflı: Niyyəti dillə deməyin bidət olması haqqında
  9. Ayaqyoluna girərkən edilən zikr isə deyilməlidir və dodaqlar tərpənməlidir.
Paylaş: