Namaz qılarkən "vacib qurbətən illəllah" demək doğrudurmu?

    15.05.2015
Sual: 
salam.xaiw edirem sualima cavab veresiz.men megrib namazini sham namazi qiliram vacib gurbeten illallah,isha namazini xufte namazi qiliram vacib gurbeten illallah deyirem.bu sehvdirmi?
Cavab: 

Aleykum salam. Xeyr, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bu cür deməyib və bu bidət (dində yenilik) əməllərdən hesab olunur. O (salləllahu aleyhi və səlləm) demişdir: "Məni necə namaz qılan gördünüz, elə də qılın!" (əl-Buxari, 631). Həmçinin demişdir: "Bizim işimizə (dinimizə) müvafiq olmayan bir əməl edən kimsənin etdiyi əməli rədd edilir". (Muslim).
Hər bir müsəlman dinə, ibadətə aid olan şeyləri yalnız Allahın Elçisindən (salləllahu aleyhi və səlləm) götürməlidir. Uca Allah buyurur: "(Ya Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran, 31). Həmçinin oxuyun:
Namaz qılmaq qaydası - VİDEO
Niyyəti dil ilə deməyin bidət olması barədə

Teqlər: 
Paylaş: