Sübh namazının sünnəti, nəzir, şəfaət və digər məsələlər barədə
Sual:
Salam aleykum ve rahmatullah necesiz exiler? suallarim biraz coxdur haqqivizi halal edin.1 Sub namazina mecide gedirem birinci mecid haqini qilmaliyam yoxsa sunnet namazini yoxsa sunnet namazini azandan sonra qilmaliyam?2Telefonda azan verilende onu tekrar etmek olar yoxsa yox?3 Bezi adamlar deyirki arzum yerine yetsin qurban kesecem bele demey olar ve ne qeder duzgundur bele demey?misvaki bitdikde ve yaxudd az qaldiqda zibil vedresine atamaq olar?4 Bir hedise qulaq asdim Abu qudame orda uwaq dowusde dunyasini deyisene yaxin o birisi ona deyirki o dunyada mene sefaitci ol yeni korpede ve yaxudda az yasli uwaqdan ele sey demey olarmiki onlar ALLAH qatinda pakdilar gunahsizdilar umumiyetce uwaqlardan bele bir sey demey olar? eger sef yazdimsa meni baqiwlayin.5korpe usaqlara cenaze namazi dushur ve nece yasina kimi dusur ve dusmur?5Vitr namazi sessiz ve yaxud sesli qilinir?6Dizden asaqdan olan wortikle evden namaz qilmaq olar? Ozum namaz qiliram amma tanislarimin bezileri cahildiler onlarla olanda onlarin aqzinda tez tez etaqa etaqa sozderi ewidirem arada mende deyirem sonra tez tovbe edirem bilmey isteyirem buna gore mene gunah yazilir amma onuda deyimki bilmeden cixir?7 Qohumda adam var selem verim alandir bize qonaq gelir arada nese alir ve yaxuda korpeye pul verir onun alib getirdiyi seyi yemey olar ve yaxudda uwaqa verdiyi pulu nece? ALLAH butun musalmanlari qorusun ve bizleri Muhammed s.a.s birlikde Firdovs hovuz basinda gorusdursun AMIN.
Cavab:
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu.
- Ümumiyyətlə, sünnət namazını evdə qılıb sonra məscidə getmək daha fəzilətlidir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Evlərinizdə namaz qılın və onları qəbirstanlığa döndərməyin!" (Muslim, 1817). "Məscid haqqı - təhiyyətu-l-məscid, məscidi salamlamaq" deyilən iki rükət sünnət namazı alimlərinin çoxunun rəyinə görə bu namaz müstəhəbdir (bəyənilir, amma vacib deyil). Peyğəmbər demişdir: "Sizdən biriniz məscidə girdikdə iki rükət namaz qılmadan oturmasın!" (Buxari, Muslim). Həmçinin sübh namazının sünnəti kimi səbəbi olan istənilən namaz təhiyyətu-l-məscid namazını əvəz edir.
- Telefonda azan verildikdə təkrarlamağa ehtiyac yoxdur. Həmçinin oxuyun: Telefonda azan dinləyib namaz qılmaq olarmı?
- Niyyət edib qurban kəsmək günahdırmı?
- Misvakı istifadə edib qutardıqda zibil qabına atmaq olar.
- Qiyamət günü kimlərin şəfaət verəcəyi Allahın izni ilə olacaq. Ona görə də, şəfaət bütövlüklə Uca Allaha məxsusdur və Ondan da istənilməlidir. Dilədiyi vaxt və dilədiyi kimsələrə buna izn verəcək olan da Odur. "De: Şəfaət bütünlüklə Allaha məxsusdur". (əz-Zumər, 44). "...Onun izni olmadan Onun yanında kim şəfaət edə bilər...". (əl-Bəqərə, 255). "Onlar yalnız Onun razı qaldığı şəxslərdən ötrü şəfaət diləyir". (əl-Ənbiyə, 28). Ölmüş körpənin valideyni üçün şəfaət istəyəcəyi hədislərdə bildirilmişdir. Daha ətraflı: Ölmüş körpə üçün ağlamaq. Ancaq birbaşa körpənin özündən şəfaətin dilənməsi ən böyük günahlardan olan şirkdir.
- Uşaq ana bətnindən dörd aylıq olmamışdan qabaq düşsə, bu uşağın meyyiti yuyulmur və ona cənazə namazı qılınmır. Bir parçaya bükülüb dəfn edilir. Bu məsələdə fikir ayrılığı yoxdur. Amma ruh verildikdən sonra yəni dörd aydan sonra ana bətnindən xaric olan (düşən) uşaq məsələsinə dair alimlər arasında ixtilaf var. Əksəriyyətinin rəyinə görə beləsinə cənazə namazının qılınması daha üstün və mötəbər görüşdür. Həmçinin oxuyun: CƏNAZƏ BÖLÜMÜ
- Vitr namazı səsli, yoxsa səssiz qılınır?
- Bəli, kişilər budu örtüb dizdən aşağı düşən paltarda namaz qıla bilərlər. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) Əliyə (Allah ondan razı olsun) demişdir: "Budunu açma, diri və ya ölü heç kimsənin buduna baxma". (Əbu Dəvud, Hammam, 1; Əhməd, cild: 1, səh: 146).
- Bilmədən edilən əməllərə görə günah yazılmır, amma hər dəfə Allahdan başqasına and içdikdə tövbə etmək lazımdır, çünki bu kiçik şirkdir. Daha ətraflı: Allahdan başqasına and içmək haqda
- Sələm yeyən adamdan bir halda hədiyyə qəbul etmək olar ki, onun başqa halal yerdən də gəliri olsun. Gəliri yalnız haramdandırsa, ondan hədiyyə qəbul etmək olmaz. Həmçinin həmin adamı Allahın ayələrini və hədisləri xatırladaraq günahdan çəkindirmək lazımdır. Daha ətraflı: Sələm haqqında , İslama dəvət necə olmalıdır?