Minikdə olarkən dəstəmazı necə almalıyıq və digər suallar
Sual:
Salam aleykum ve rehmetullahi ve bereketu.1.avtobusda yol gederken namaz vaxti giribse destemaz almaga ehtiyac varmi, varsa nece alaq destemazi?2.namaz qilarken bel nahiyesi acilarsa namaz batildirmi?3.camaat namazi qildiqda sehv etsem gunah imamin ustunemi yazilir?4.camaat namazi qildiqda destemazim pozulsa salamlari verib cixmaliyammi?
Cavab:
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu.
- Dəstəmaz alıb sonra avtobusa minmək lazımdır. Əgər namazın vaxtı çıxmazdan əvvəl avtobusun dayanacağını bilirsinizsə, gözləyib avtobusdan düşərək namazı qılmaq lazımdır. Əks halda avtobus yol gedərkən oturaraq qıla bilərsiniz. Daha ətraflı: Minikdə olarkən namazı necə qılmalıyıq?
- Bu məsələ alimlər arasında ixtilaflıdır. Bəziləri qeyd edib ki, namazda belin açılması namazı batil edir. Bəziləri də deyib ki, bel, göbək övrət yerlərindən sayılsa da, bu şiddətli yox, yüngül övrət yerlərindən sayır. Ona görə də namaz da belin açılması namazı batil yox, savabını azaldır. Bəziləri də bildirib ki, bu hal qəsdli şəkildə uzun müddətli davam edərsə və bağlamağa çalışmazsa, bu zaman bu hal namazı batil edər. Bu səbəbdən çalışmaq lazımdır ki, çox dar, qısa köynəklər geyinməyəsiniz. Həmçinin oxuyun:
- Heç kəs heç kəsin səhvinə görə günah daşımır. Uca Allah buyurur: "Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün (başqasını köməyə) çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz...". (Fatir, 18). "Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz...". (əl-İsra, 15). Həmçinin oxuyun:
- Bu məsələ ilə bağlı əksər alimlər deyib ki, sağ tərəfə salam verib çıxması daha yaxşıdır. Bəziləri də qeyd edib ki, salam vermədən birbaşa çıxa bilər. Nəticədə hər iki hal icazəlidir. Rəsulullah (salallahu aleyhi və səlləm) buyurmuşdur: "Namaz qılarkən kimin dəstəmazı pozulacaq olarsa, dərhal namazdan çıxsın! Əgər camaatla qılınan bir namazdırsa, burnunu tutaraq ayrılsın!" (Əbu Dəvud, Salat, 236, hədis nömrə: 1114). Burnunu tutmasını isə camaata burnu qanamış və s. zənnini vermək üçündür. Bu davranış, bir növ ədəbə riayət etməkdir. Əgər bu hal camaat namazında imamda baş verərsə, imam namazdan ayrılarkən yerinə birini təyin edib ayrılmaldır.