Aşağıdakı salavat duasının mənası nədir?

    19.07.2015
Sual: 
Salam bun salavatın menası nedir namazdan sonra oxumaq olar Allâhumme salli alâ Seyyidinâ Muhammedin ve alâ âli Seyyidina Muhammedin salâten tüncînâ bihâ min-cemî’il-ehvâli vel âfat. Ve takdî lenâ bihâ cemîal hâcât ve tutahhirunâ bihâ min-cemîi’s-seyyiât ve terfe’unâ bihâ a’lâ’d-deracât ve tubelliğunâ bihâ aksâ’l-ğayât min cemiîl-hayrâti fî’l-hayâti ve ba’del-memât birahmetike Yâ erhame’r-rahimîn. Hasbunellahu ve ni’mel vekîl, ni’mel mevlâ ve ni’me’n-nasîr. Ğufraneke rabbenâ ve ileyke’l-masîr.”
Cavab: 

Aleykum salam. Bu sözlərlə Allah Rəsuluna (Allahın ona salavatı və salamı olsun) salavat göndərmək bidətdir (dində yenilik), və bununla bağlı Quran və Sünnədə, həmçinin səhabələrdən heç bir səhih xəbər bildirilməyib. Ona görə bu duanı namazdan sonra oxumaq da icazəli deyil. Namazdan sonra bu zikrləri demək lazımdır:
Salam verib namazı bitirdikdən sonra edilən zikrlər

Bu duanı gəmidə olarkən güclü fırtınaya düşmüş bir nəfər özündən gedərək yuxuda görmüşdür. Lakin biz bilirik ki, şəriət yuxular əsasında yox, Quran və sünnə əsasında qurulur. Duanın tərcüməsi: "Ey Allahım! Peyğəmbərimiz və Seyyidimiz olan Muhəmmədə və Onun ailəsinə elə salavat bir göndər ki, o salavat vasitəsilə ilə Sən bizi bütün qorxu, bəla, afət, çətinlik və problemlərdən xilas edəcəksən. O salavat ki, Sən onun vasitəsi ilə bizim bütün ehtiyaclarımızı ödəyəcəksən, günahlarımızı təmizləyəcəksən, bizi ən yüksək ali dərəcəyə qaldıracaqsan, və həm bu dünyda, həm də axirətdə bizi bütün xeyir və qayələrinə çatdıracaqsan! Mərhəmətinlə, ey Mərhəmətlilərin Mərhəmətlisi! Allah bizə bəs edər, O nə gözəl Vəkil, nə gözəl Dost, Himayədar və nə gözəl Qoruyucudur! Rəbbim günahlarımızı bağışla, həqiqətən axır dönüş Sənədir!"
Həmçinin oxuyun:
Üzüntü və kədər anında oxunan dua
Sıxıntı anında oxunan dua
Bir iş ağır gəldikdə edilən dua

Hansısa bir məqsəd üçün peyğəmbərə salavat göndərmək olarmı?

Teqlər: 
Paylaş: