Qadın tək xarici ölkədə körpə övladıyla yaşaya bilərmi və digər suallar

    23.08.2015
Kimdən: 
Naidə
Sual: 
Salam aleykum 1 qadının əri ola ola naməhrəmlərlə işləməsinə islam necə baxır?2 Qadın tək başqa bir ölkədə balaca uşağıyla yaşaya bilərmi?3 Qadın Quran öyrənmək istədikdə əri qoymazsa gizlincə gedib muselman bacılardan öyrene bilərmi?4 Quran oxuduqda mənasını dərk etmədikdə savab yazılırmı? Xahiş edirəm yazın . Allah elminizə bərəkət versin və sizi muttəqilərlə bir yazsın . əmin
Cavab: 

Aleykum salam.

  1. Bu cavabı oxuyun: Qadının işləməsi icazəlidirmi?
  2. Ərsiz qadının sığına biləcəyi yaxın qohumları yoxdursa, başqa müsəlman ölkəsinə köçüb dinini, namusunu qorumaq şərtilə orada tək yaşaya bilər
  3. Quran oxumağı öyrənmək hər kəsə vacibdir. Qadın ilk növbədə evdən çıxmadan internet, kitablar və digər vasitələrlə Quran oxumağı öyrənməyə çalışmalıdır. Əgər bu cür öyrənə bilməsə, gizlində məhrəmlərindən və ya digər müsəlman bacılardan Quran oxumağı öyrənə bilər. Uca Allah buyurur: "Mənə əmr olunub ki, müsəlman olum və Quran oxuyum...!" (ən-Nəml, 91-92). "Rəbbinin Kitabından sənə vəhy olunanları oxu! Onun kəlmələrini heç kəs dəyişdirə bilməz...!" (əl-Kəhf, 27). "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl!" (əl-Ənkəbut, 45). Daha ətraflı: Quran dərsliyi
  4. Bəli, Quran oxuduqda mənasını dərk etməsəniz belə savab yazılır. Amma mənası bilərəkdən oxumaq daha faydalıdır. Həmçinin oxuyun: Quran oxumağın savabı haqqında 
Teqlər: 
Paylaş: