Namazda fikri nəyə yönləndirmək lazımdır və digər suallar...
Sual:
Salam aleykum 1) namazda fikrimizi neye yonlendirmeliyik? Namazin sozlerini deyerken ureyimizde tercumesini dusunmeliyik ya nece? 2) qusl alarken destnamaz zamani eynimizde bir sey olmazsa dilimizle bismillah demek olar? 3) muellime bize ' siz Qurani teze oyrenirsiz heyz halinda da herflere elinizi vurmadan kenardan acarag Qurani oxuya bilersiz 'dedi bu ne derecede duzgundu? 4) arada secdede sozu 3 defe evezine 2 defe dediyime dair subhe gelir ama deqiq emin olmuram ne etmeliyem? Allah razi olsun cazak Allah xeyren
Cavab:
Aleykum salam.
1. Bu cavabı oxuyun: Namazda fikrin yayınmaması üçün nə etmək lazımdır?
2. Qeyd etdiyiniz halda dəstəmaz alarkən "Bismilləh" demək olar. Ancaq daha yaxşı olardı ki, dəstəmaz alarkən əyninizdə paltar olsun.
3. Heyz vaxtı qadın Qurana toxuna və oxuya bilməz. Ancaq öyrənmək və bildiklərini unutmamaq niyyəti ilə əzbərdən oxuya bilər. Həmçinin bu linkdəki cavabı oxuyun:
Qadın heyzli halda dua edə bilər?
4. İnşallah, bu cür əməllər namaza xələl gətirmir. Çünki namazda səcdədə zikrləri 1 dəfə demək vacib, 2 yaxud 3 dəfə demək isə sünnədir. Odur ki, şübhələrə fikir verməyin!