Hicri təqviminin hər il 10 gün geriyə çəkilməsinin səbəbi nədir?
Sual:
Salam. Müqəddəs Ramazan və Məhərrəm aylarının (İsmayıl Qurbanlığı da daxil) hər il 10 gün önə çəkilməsinin səbəbi nədir?
"Subhanakə, Allahumə və bihəmdikə, təbərrasmukə, Təala caddukə və la İlahə ğayrukə" və "Səmiallahu limən həmidəh, Rabbanə və lakəl həmd" mənalarını yazmağınızı xahiş edirəm. Allah razı osun cümləmizdən.
Cavab:
Aleykum salam.
- Bu cavabı oxuyun: Hicri-Qəməri təqvimi ilə Miladi təqviminin arasında fərq
- "Subhəənəkə Allahummə va bihəmdikə va təbəərakə-s-mukə va təaalə cəddukə va ləə iləəhə ğayrukə" (Allahım! Sən pak və müqəddəssən. Sənə həmd olsun. Sənin adın mübarək, əzəmətin ucadır. Səndən başqa məbud yoxdur!) ("Sunən"əsərlərinin müəllifləri. Bax: "Sahihu-t-Tirmizi", 1/77 və Sahih İbn Məcəh, 1/135). Həmçinin oxuyun: Namaza başlayarkən birinci təkbirdən sonra edilən açılış duası "Səmi Allahu limən həmidəh" (Allah Ona həmd edəni eşitdi!) ("Fəthu-l-Bəri" kitabı, 2/282). "Rabbənəə va ləkə-l-həmd" (Ey Rəbbimiz! Sənə həmd olsun...) ("Fəthul-Bəri" kitabı, 2/284). Həmçinin oxuyun: Rükudan qalxarkən edilən dua