Bibim çox pis insandır, onun şərindən özümü və ailəmi necə qoruyum?
Sual:
Salam.. Menim bir bibim var. Men onun kafir olduğunu düşünürem. Buna sebeb onun etdiyi emelleridi. O hemişe birinden soz alıb başqasına çatdırır. Çox acgöz ve paxıl insandı. Men ona biraz dini mövzuda melumatlar verende deyirki: özünü çox dine verme din seni öz terefine çekecek.. Hemcının de menim atam Quran kitabı oxuduğu üçün bibim atamla elaqe qurmur-danışmır.. Bir çox dinle meşğul olanlar da bize deyıbler kı: etrafınızda kafir var özünüzü qoruyun. Men ne etmeliyem?? Özümü ve ailemi bibimin şerinden nece qorumalıyam?? Cavaba göre indiden teşekkür
Cavab:
Va aleykumus-Sələm. Ara vurmaq, söz gəzdirmək və digər günah əməllər etmək insanın kafir olduğunu deməyə (təkfir etməyə) əsas vermir. Paxıl insanların şərindən qorunmaq üçün aşağıdakı zikrləri, əl-Fələq, ən-Nas surələrini və Ayətul Kursi (əl-Bəqərə, 255) ayəsini, Müsəlmanın qalası kitabındakı səhər və axşam zikrlərini oxumaq lazımdır. Həmçinin, oxuyun:
Bilərəkdən və ya bilməyərək küfr edən birinə kafir demək olarmı?
Gözdəymədən necə qorunmaq haqqında