Şəhvətlə özümü boşaltmaqdan necə əl çəkim? Şəhvət hissinə görə axan maye namazı batil edirmi?
Va aleykumus-Sələm. Bu hərəkət vərdişə keçdikdən sonra ondan çəkinmək çətin olur.
1. Bu cavabı oxuyun: Masturbasiyanı necə tərgitmək olar?
2. Çox güman ki, bu maye məzidir və qeyd etdiyiniz hal ümumən dəstəmazı pozur. Əli (Allah ondan razı olsun) deyir ki, məndən çoxlu məzi ifraz olunurdu. Amma mən Fatiməyə (Allah ondan razı olsun) görə bu haqda Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) soruşmağa utanırdım. Ona görə bu haqda soruşmağı Miqdad ibn əl-Əsvadə (Allah ondan razı olsun) tapşırdım. O, Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bu haqda soruşub belə cavab aldı: "Həmin adam cinsiyyət orqanını yusun, sonra dəstəmaz alsın". (əl-Buxari, 132). Həmçinin oxuyun:
Dəstəmazı və namazı batil edən hallar
Qüsl necə alınır və onu pozan amillər hansılardır?
Naməhrəmlərlə söhbətləşmək olarmı?