Camaat namazı ilə bağlı bəzi suallar
Va aleykum Salam.
1. Xeyr, camaat namazında imamın arxasında dayananların arxa-arxaya dayanması doğru deyil. İmam qabaqda, tabe olanlar isə imamın arxasında yanaşı dayanmalıdırlar. Məsələn; üç nəfər namaz qıldıqda, biri qabaqda, ikisi də onun arxasında durur.
2. Camaat namazında da niyyət adi namazlarda olduğu kimidir. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) və səhabələri (Allah onlardan razı olsun) niyyəti dil ilə deməyiblər, niyyətin yeri qəlbdir. Daha ətraflı: Niyyəti dillə deməyin qadağan olması
3. Səsli namazlarda (Sübh, Məğrib, İşa) imam birinci və ikinci rükətlərdə qiyam halında (yəni, ayaq üstə) səsli, sonrakı rükətlərdə isə səssiz oxuyur. Sadəcə təkbirlər ("Allahu Əkbər" demək), rukudan qalxanda deyilən dualar və namazın sonunda olan salamlar imam tərəfdən səsli deyilir. Səssiz namazlarda isə (Zöhr və Əsr) yalnız təkbirlər ("Allahu Əkbər" demək), rukudan qalxanda deyilən dualar və namazın sonunda olan salamlar imam tərəfdən səsli deyilir, qalan hissələr isə səssiz olur. Həmçinin, oxuyun:
Camaat namazı necə qılınır?
Namaz necə qılınır? - VİDEO