Sübh namazında dəstəmaz alarkən ayağı yumamaq olarmı?

    24.11.2015
Kimdən: 
Ayka
Sual: 
Salam eleykum.men bele bir sual vermek isdiyirem, olar ki Isa namazinda destnamaz aldiqdan sonra subh namazina qalxib ayaqlari yumamaq olar 2) vitr namazi qilmamaq olar,Sunni namazi qiliram):
Cavab: 
Və aleykum Salam. 
1. İşa namazında dəstəmaz aldıqdan sonra corab geyinib, bu corabla yatsanız, Sübh namazında dəstəmaz alanda ayaqları yumayıb üzərinə məsh çəkmək olar. Yalnız bu halda ayaqlar yuyulmur. Digər hallarda isə ayaqda corab yoxdursa və ya dəstəmazınız olmadan corab geyinilibsə, dəstəmaz alanda ayaqlar yuyulmalıdır. Daha ətraflı: Corabın üzərinə məsh etmək barədə
2. Uca Allah insana gün ərzində beş dəfə namaz qılmağı vacib edib. Bundan əlavə olan namazlar Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sünnəsi olub könüllü qılınan namazlardır və imanı artırmağa kömək edir. Lakin, bunları qılmamaq günah deyil. Vitr namazı da bunlardan sayılır. Qeyd edək ki, Vitr namazını bir rükət də qılmaq olar. Həmçinin, oxuyun: Vitr namazının hökmü nədir?
Paylaş: