Namaz qılırdım, bir aydır ki, qılmıram, bu nə dərəcədə günahdır?

    27.11.2015
Kimdən: 
Fatime Huseynova
Sual: 
Salam adim Fatime_di men dine bagli insanam amma dinden coxda anlayiwim yoxdu.Namaz qilanam ve hal hazirda 1 aydi Namaz Qilmiram bu ne derecede gunah sayilir???ve mene sen Namaz qilirsan senin Namazin duzgun deyil deyirler niye neye gore?ve birde Namaz qilib mutleq hiccabda olmalisN yoxsa geyim onemli deyil.men acig geyinmirem normal geyinirem
Cavab: 
Və aleykum Salam. Namaz qılmamaq və ya qılıb tərk etmək böyük günahdır və axirət əzabına aparır. Uca Allah buyurur: "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə atılacaqlar". (Məryəm, 59).
İman zəiflədikdə imanı artırmaq lazımdır. Quran və səhih hədisləri düşünərək oxumaq, dini dərslərə qulaq asmaq, mömin insanlarla oturub-durmaq, günahkarlardan isə uzaqlaşmaq lazımdır.
Namazı qəsdən buraxmaq böyük günahdır və kəffarəsi yoxdur. Ona görə də, həmin namazların qəzası qılınmır, əvəzində dərhal namaza başlamaq və çoxlu xeyirli əməllər etmək lazımdır (valideynlərə yaxşılıq, ehtiyacı olanlara kömək etmək, sədəqə vermək və s.).
Hicab geyinmək də namaz qılmaq kimi Allahın vacib əmrlərindəndir. Allahın izni ilə əvvəlcə namaza başlayın, daha sonra sizə hicabı asanlaşdırması üçün dua edin. Daha ətraflı:
Nə edim ki, imanım əvvəlki kimi güclü olsun?
Namaz qılmayan Cənnətə girə bilərmi?
Keçmiş illərin qəza namazları qılınmalıdır?
Paylaş: