Namaz və hicab barəsində suallar

    01.12.2015
Kimdən: 
Ayten
Sual: 
Salamlar, menim bir nece sualim var 1)Men Isa namazinda destnamaz alib yatiram amma yatanda corabla yatiram ki destnamazim pozulmasin cunki seher ders gedende ayaqlarimi yumaga vaxt olmur olar bele etmek 2)menim 13 yadimdan var namaz qiliram hicab baglamiram Allaha gunah getmesin amma icimden gelmir men yaxinlarim de bele edir olar 3)Sunni namazinda barmaq ne vaxt terpedilir ve allahume necenci ruketde deyilir(deqiq deyerdiz de xahis edirem)qadin namazi videosu istiyirem sag olun Allah razi olsun
Cavab: 
Və aleykum Salam.
  1. İşa namazından sonra corabla yatıb səhər coraba məsh etmək barədə
  2. Hicab geyinməmək günahdır. Bu barədə ayə və hədisləri oxuyub bu əmrə əməl etmək lazımdır. Daha ətraflı: Hicab azadlıqdır
  3.  Namazda təşəhhüdü demək üçün oturduqda barmaq ya tərpədilir, ya da düz olaraq saxlamılır. Allahummə duası isə hər namazın axırında salamdan qabaq deyilir. Daha ətraflı: Namazda təşəhhüddə barmağı nə üçün qaldırırlar?
  4. Qadınla kişinin qıldığı namaz formasında elə də ciddi bir fərq yoxdur. Çünki Peyğəmbərimiz (sallallahu aleyhi va səlləm) ümumi olaraq hamı üçün buyurub ki, "Məni necə namaz qılan gördünüzsə, siz də elə namaz qılın". Daha ətraflı: Namazın qılınma qaydası - VİDEO
Teqlər: 
Paylaş: