Namaz qılmaq istəyirəm, amma yoldaşımın içki içməsinə görə narahatam...

    01.12.2015
Kimdən: 
Aytən
Sual: 
Mənim həyat yoldaşım hər gün içki içir, mən isə namaz qılmaq istəyirəm, içkili kişi ilə bir evdə yaşamaq və namaz qılmaq düzgündür?Xahiş edirəm cavab yazın
Cavab: 

Və aleykum Salam. Tövhid əqidəsi və namaz Uca Allahın razılığını və cənnəti qazanmaq, dünya həyatında isə qəlb rahatlığı və xoşbəxtlik əldə etmək yolunda ən böyük addımdır. Allaha dua edirik ki, sizi bu yolda sabit etsin, sizi və ailənizi şeytanın şərindən qorusun. Yoldaşınızın içki içməsi sizin namaz qılmanıza mane olmur. Uca Allah buyurur: "Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz". (əl-İsra, 15). Amma yoldaşınıza gözəl əxlaqınızla nümunə olaraq və ona gözəl tərzdə nəsihət edərək içki içməkdən çəkindirməyə çalışmalısınız. Həmçinin, yoldaşınıza içki almaq, onu süfrəyə gətirmək, süzmək və s. haramdır. Daha ətraflı:

İçki içməyin günahı

Teqlər: 
Paylaş: