Ailəm üçün onlara savab olsun deyə Quran ayələrini oxumaq olarmı?

    12.04.2016
Kimdən: 
Xanimdan
Sual: 
Salam.Bundan once de size sual vermisdim sualimi cavablandirmisiz bu gun oxudum.Allah razi olsun.Men namaz qiliram.Allaha dua edirem.Ailem ucun Quran oxutmaq isdeyirem ve olarmi bidetdimi deye araşdiran zaman burda sizin cavablandirdiginiz suallari gordum ve pulla Quran oxutmaq olmaz yazmisiniz.men ailem ucun Quran oxutdura ve ya Yasin suresini oxutdura bilmerem?oxutmaq olmazsada ozum oxuya bilerem?ama men ereb dilini bilmirem tercumesini ve ya bizim dilde yazilmis erebce sozlerini oxuyub aileme bagislaya bilerem savabini?Yasin suresini oxumagi ailemdekilere cadunun tesir etmemesini ve ailemizdekilerin(ata,ana,baci,qardaşimin) mehriban ve xoşbext olmasi ucun oxumaq isdeyirem.
Cavab: 

Və aleykum Salam. Siz başqasının yerinə Quran oxusanız da bunun ona heç bir aidiyyatı yoxdur, çünki, hər kəsin etdiyi əməl yalnız onun özünə aiddir. Uca Allah buyurur: "...Hər kəs qazandığının girovudur". (ət-Tur, 21). Yalnız, vəfat etmiş valideynlər üçün yaxınlarının etdikləri bəzi əməlləri etmək istisnadır. Həmçinin, Yasin surəsini oxumaq haqqında dində heç bir dəlil-sübut olmadığı üçün bu surəni seçib oxumaq düzgün deyildir və bidət sayılır. Lakin, istənilən Quran ayələrini, xüsusən də Bəqərə surəsini oxumaq və ya səsli oxunuşuna qulaq asmaq şeytanı evdən qovur. Daha ətraflı:
əl-Bəqərə surəsinin fəziləti
Cadudan necə qorunmaq olar?

Bidət nədir?
 

Teqlər: 
Paylaş: