Əgər pirləri ziyarət etmək günahdırsa, nəyə görə insanlar Peyğəmbərin qəbrini ziyarət edirlər?

    04.05.2016
Sual: 
SALAMUN ALEYKUM.oxudum sual cavablari ocaqlari pirleri ziyaret etmeyi gunahdisa onda niye insanlar peygenberimizi(a.sa)ziyaret edir?peygenberler oldugu kimi evliyalar seyidlerde var,ziyaret etmey o demey deyilki ziyaret etdiyin sexse sitayis edirsen.dua etdiyimiz zamanda deyirik allahim sevimli qullarinin hormetine duamizi qebul et.ziyaretde onun kimi.qaldiki namazin nece qilinmasi hec bir yerde yazilmayib.kimin namazi qebul olub olmadigini ise Allahdan basqa hec kim bile bilmez.hec kim diye bilmes menim namazim duzdu senin namazin sefdi esas oduki eli aciq yada eli bagli hansi olur olsun esas qelbiniz temiz olsun Allahla olsun niyetiniz saf temiz olsun.sizce duz deyilmi?
Cavab: 

Və aleykum Salam. Dua edilən zaman kiminsə hörməti xatirinə Allahdan nə isə istəmək Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) və onun səhabələrinin dediklərinə ziddir, çünki nə Peyğəmbərdən, nə səhabələrdən, nə də onlardan sonra gələn alimlərdən bunun icazəli olması haqqında bir şey rəvayət olunmayıb. Dəlil də odur ki, Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) heç vaxt başqa bir peyğəmbəri duasında vasitə etməyib. Səhabələr isə özlərindən daha üstün olan Peyğəmbərimizi (ona Allahın salavatı və salamı olsun) vasitə tutmayıblar. Namazın necə qılınmasını Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) bizə öyrədib. Bu haqda bir çox dəlillər vardır. Daha ətraflı:
Namazda əlləri necə tutmaq lazımdır?

Teqlər: 
Paylaş: