Dəf, oynamaq, təyəmmüm, xına və s. suallar...
Sual:
Salam.1Bu sualı əvvəldə sizə vermişəm.Amma istədiyim cavabı ala bilməmişəm.Yenidən cavablandırsanız sevinərəm.Dəfdən başqa musiqi səsiylə oynamaq olar?Həm də insan tək və yaxud qadınlar arasında mahnı oxumaq və oynamaq olar?2Hamamda Allahın adını çəkmək olar?3Evdə petminutka işləməyəndə amma qazın üstündə suyu qızdırmağa imkan olduğda təyəmmüm etmək olar?4Ölüm hökmü icazəlidirmi?5Xına yaxmayan qadın cənnətə girməyəcək.Bu düzdü?6Əsir götürəndə özünü öldürmək günahdır?7Xınayaxdı etmək olar?8Çarpayı qibləyə tərəf ola bilər?9Uşağın və yaxud təzə gəlinin qırxı çıxmağı düzgündür?10Qorxanda bismilləh demək olar?11Əsnəyəndə sağ əlin içini və sol əlin üzünü tutnağın mənası nədir?Eynicürolmaz.Sağ olun
Cavab:
Və aleykum Salam.
1. Dəfdən başqa müsiqi alətlərindən istifadə etmək haramdır. Bu yalnız qadınlara şamildir. Kişilər isə ümumiyyətlə heç bir musiqi alətindən istifadə edə bilməz.
2. Hamamda ehtiyac olmadan Allahın adını çəkmək düz deyil.
3. Əgər suyu qızdırıb çimməyə şərait varsa, təyəmmüm almaq düzgün deyil. Daha ətraflı: Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?
4. Şəriətdə ölüm hökmü müəyyən cinayətkarlara tətbiq edilir.
5. Qeyd etdiyiniz fikir düz deyil. İnsanın Cənnətə daxil olmasının xına yaxıb-yaxmaması ilə heç bir əlaqəsi yoxdur. Həmçinin, oxuyun: Saça və qaşa xına qoymaq olarmı?
6. Heç bir halda intihar etmək olmaz. Daha ətraflı: İntihar hansı halda bağışlana bilər?
7. Xınayaxdı Azərbaycan millətinin adət-ənənələrindən sayılır. Hansı adət-ənənə dinə zidd deyilsə, onu qeyd etmək olar.
8. Çarpayını istədiyiniz istiqamətində qoymaq olar.
9. Uşaq yeni doğulduğuna görə xəstələnməməsini nəzərə alaraq qırx gün ərzində kənar adamlarla əlaqədə olmasının qarşısını almaq üçün belə deyiblər. Lakin, bunun dinlə heç bir əlaqəsi yoxdur. Gəlinin qırxı çıxmaq məsələsi isə xurafatdır və dini əsası yoxdur. Daha ətraflı: Təzə doğulan uşağa 40 saxlamaq adəti doğrudurmu?
10. Müsəlman nədənsə qorxanda dərhal Uca Allahı zikr etməli, "Bismilləh - Allahın adı ilə", "Əuzu billəhi minəş-şeytanir-racim - Lənətlənmiş şeytanın şərrindən Uca Allaha sığınıram" və digər dualar etməsi lazımdır. və Uca Allaha sığınmalıdır. Həmçinin yaxşı olar ki, qorxduqda "Lə iləhə illəllah - Allahdan başqa haqq ilah (mə'bud) yoxdur!" deyəsiz. (İbn Həcər "Fəthul-Bari," 6/181; Muslim, 4/2208). Daha ətraflı:
Qaranlıq düşən kimi qorxuram...
Mən daim qorxu içində oluram
Qorxu haqqında
11. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurur: "Qoy, sizdən biriniz əsnədiyi zaman əlini ağzına tutsun. Yoxsa şeytan onun ağzına girə bilər". (əl-Buxari "Ədəbul-Mufrad", 949). Hansı əl ilə əsnəməyin qarşısını almaq məsələsinə gəldikdə isə, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) təmiz olmayan şeyləri sol əli ilə etdiyinə görə əsnədikdə sol əlin içi ilə ağızı tutmağı əmr etməyib. Sağ əlin içi və çölü, sol əlin isə yalnız çölü ilə tutmağı bildirib. Əsnəməyin qabağını almaq üçün adam bacardığı qədər buna mane olmalıdır. Aktiv həyat yaşamalı, ibadətləri və zikrləri vaxtlı-vaxtında etməli, imkan daxilində çoxlu Quran oxumalı, dünyəvi işlər ilə məşğul olmalıdır. Çünki, əsnəmək əsasən tənbəllikdən irəli gəlir. Əgər adamı əsnəmək tutarsa, onda çalışıb ağzını açmamalı və əgər bunu bacarmazsa, onda heç olmasa əli ilə ağzını tutmalıdır. Əsnədikdə əli ağıza qoymağın faydası budur ki, əvvəla, bu hərəkət şeytanın adamın ağzına girməsinə mane olur. İkincisi, şeytandan başqa zərərli hər nə varsa, həşəratların və s. də həmçinin, adamın ağzına düşməsinin qabağını alır. Nəhayət, adam belə etməklə İslam ədəbini nümayiş etdirmiş olur.