mələklər

"Qədr gecəsi" surəsinin izahı

    14.04.2023

Mərhəmətli və Rəhmli Allahın adı ilə! 1. Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik! 2. Sən haradan biləsən ki, Qədr gecəsi nədir? 3. Qədr gecəsi min aydan xeyirlidir. 4. O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə yerə enirlər. 5. O gecə sübh açılanadək əmin-amanlıq olur.
əl-Qadr (Qədr gecəsi) surəsinin izahı

Allahı yad edən məclisin fəziləti

    21.08.2014

Allah Elçisi - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Allahın yollarda dolaşıb Allahı yad edən insanları axtaran mələkləri vardır. Onlar Allahı yad edən bir camaat gördükləri zaman bir-birlərini çağırıb: “Axtardığınızın yanına gəlin!”- deyir­lər. Sonra onlar bu camaatı öz qanadları ilə dünya səmasına­dək əhatəyə alırlar. Elə həmin vaxt Rəbbi mələklərdən - hər şeyi onlardan daha yaxşı bildiyi halda - soruşur: “Qullarım nə deyir­lər?”

Mələklərin xüsusiyyətləri

    19.07.2014

Uca Allah mələkləri nurdan yaratmışdır. Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Mələklər nurdan, cinlər tüstüsüz oddan, Adəm isə bildiyiniz şeydən yaranmışdır.” (Səhih Muslim, 2996).
Mələklər incə və nurani cismə malikdirlər, onlar gözəl surətlərə və qiyafələrə girə bilirlər, qeyri-adi gücə, çox böyük sürətə malikdirlər, onların sayı həddən çoxdur, saylarını Allahdan başqa heç kim bilmir. Allah onları Özünə ibadət etmək və əmrlərini yerinə yetirmək üçün yaratmışdır. Onlar Allaha qarşı əsla asilik etmir, yalnız onlara verilən əmrləri yerinə yetirirlər.

Peyğəmbərin meracı

    03.05.2014

      İsra gecə vaxtı səyahət etməyə deyilir. İsra Rəsulullahın bir gecədə Məkkədəki Məscidul-Həramdan Yerusəlimdəki Beytul-Məqdisə gedib həmin gecə də geri qayıtması nəzərdə tutulur. İsra Uca Allahın hicrətdən öncə Peyğəmbəri bir gecədə Məscidul-Həramdan Məscidul-Əqsaya Buraq adlı miniyin üzərində Cəbrailin müşayiəti ilə aparması sayəsində ona bəxş etdiyi böyük bir möcüzədir.

Mələklərin vəzifələri

    18.03.2014

      Mələklər Uca Allahın əsgərləridirlər. Allah onlara mühüm işlər, böyük vəzifələr tapşırmış və bunları kamil şəkildə yerinə yetirə bilmələri üçün onlara qüdrət vermişdir. Bu vəzifələr müxtəlif qismlərə bölünür:
 
Mələklərdən eləsi vardır ki, ona dağlar tapşırılıb. Dağlar mələyi barədə peyğəmbərliyin əvvəlində Peyğəmbərimizin Taif şəhərinə gedərək taifliləri dəvət etdiyi, onların da onu qəbul etmədikləri barədə hədisdə danışılır. Həmin hədisdə Peyğəmbər - sallallahu aleyhi və səlləm - belə demişdir:

Can alan və sorğu-sual edən mələklər

    18.03.2014

      Mələklərdən eləsi də vardır ki, ona can almaq tapşırılıb. Bu, Ölüm mələyidir. Uca Allah buyurur:
“De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!” (əs-Səcdə, 11).
Ölüm mələyinin köməkçiləri olan mələklər də vardır. Onlar insana etdikləri əmələ müvafiq olaraq görünürlər. Əgər yaxşı əməl sahibi olmuşsa, onlar ona gözəl simada, pis əməl sahibi olmuşsa, qorxunc bir simada görünürlər. Uca Allah buyurur:

Ən üstün mələklər

    17.03.2014

      Mələklərdən yağış yağdırıb bitkiləri yetişdirmək vəzifəsi tapşırılan mələk vardır. Bu, Mikail adlı mələkdir. Uca Allah buyurur:
“Kim Allaha, Onun mələklərinə və elçilərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da o kafirlərə düşməndir” (əl-Bəqərə, 98).

Pages