Yaradılış
Günəş haqqında
Uca Allah buyurur: “Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır” (əl-Əraf, 54).
“Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə ona mənzillər (səfhələr) müəyyən edən Odur. Allah bunları yalnız haqq naminə yaratmışdır. O, ayələri bilən adamlara belə izah edir” (Yunus, 5).
Göydən su endirən Odur!
Uca Allah buyurur: “Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, ondan yaşıl otlar bitirir, onlardan da üst-üstə düzülmüş dənələr çıxarırıq. Xurma ağacının tumurcuqlarından, sallanmış salxımlar yetişir. Biz həmçinin üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar ağacları da yetişdiririk. Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın. Şübhəsiz ki, bunlarda iman gətirən adamlar üçün dəlillər vardır” (əl-Ənam, 99).
Gecə haqqında
Uca Allah buyurur: “Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur. O, gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də, bunda dərin düşünən adamlar üçün dəlillər vardır” (ər-Rad, 3).
“Gecələr sizi yatızdıran, gündüzlər isə nələr etdiyinizi bilən Odur. Sonra O, sizi səhərlər oyadır ki, müəyyən olunmuş əcəliniz gəlib çatsın. Sonra isə dönüşünüz Ona olacaq. O, nə etdikləriniz barədə sizə xəbər verəcəkdir” (əl-Ənam, 60).
Allahın nemətləri
Uca Allah buyurur: "Allah göyləri və yeri gerçək yaratmışdır. O, müşriklərin qoşduqları şəriklərdən ucadır. Allah insanı nütfədən yaratdı. O isə açıq-aşkar mübahisəçiyə çevrildi. Mal-qaranı da O yaratdı. Onlarda sizin üçün istilik (bədəninizi isti saxlayan yun geyim) və başqa faydalar vardır. Həmçinin onlardan yeyirsiniz. Mal-qaranı axşam tövləyə qaytardıqda, səhər çölə buraxdıqda onlara baxıb fərəhlənirsiniz. Onlar yüklərinizi, özünüzün çətinliklə apara biləcəyiniz bir ölkəyə daşıyırlar. Həqiqətən də, Rəbbiniz Şəfqətlidir, Rəhmlidir.
Ölümdən sonra dirilmə necə olacaq?
Qiyamət günü Uca Allah çürümüş cəsədləri yenidən dirildib əvvəlki halına salacaq və ruhları bədənlərə qaytaracaqdır. Daha sonra isə haqq-hesaba çəkilsinlər deyə onları məhşərə aparacaqdır. Uca Allah buyurur: “O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?” De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir” (Ya sin, 78-79).
Adəmin yaradılması
Uca Allah yer üzərində yalnız Ona ibadət edəcək şüurlu bir varlıq yaratmaq istəyərkən mələklərinə xitab edərək belə demişdir:
“Sənin Rəbbin mələklərə: "Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!"– dedikdə, -
Uca Allah Adəmi və onun zürriyyətini yaratması haqda öyünmək üçün əvvəlcədən onlara xəbər verir. Mələklər isə bu yaradılışın hikmətini bilmək üçün:
onlar: "Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?"– söylədilər.
Hüceyrədəki möcüzə
Heyvanların və bitkilərin əksəriyyəti çoxlu sayda kiçik hissəciklərdən ibarətdir. Biz bu hissəcikləri hüceyrə adlandırırıq. Bizim və başqa canlıların orqanizmlərin hüceyrələri daima bölünür. Bu bölünmə prosesi orqanizmə hüceyrələrin inkişaf etməsinə və bərpa olunmasına xidmət edir. Hüceyrənin quruluşunun əsasını protoplazma adlanan maddə təşkil edir. Hər bir hüceyrənin daxilində müəyyən funksiyaları yerinə yetirən kiçik hissəciklər vardır. Onların arasında irsi məlumat daşıyan, xromosom adlanan kiçik elementlər vardır.