Yaradılış

Dəlillərə əsaslanmayan nəzəriyyə

    01.12.2013

1. Əgər Darvin nəzəriyyəsi doğru olsaydı, biz insanın və müxtəlif heyvanların təkcə cinsiyyətli yolla çoxalma ilə deyil, həm də növlərin təkamülü nəticəsində yaranmasını müşahidə edərdik. Əgər təkamül etmək üçün yüz illərin keçməsi belə lazım gələrdisə, bu yenə də bizə bir qrup meymunun bir-birinin ardınca insanlara çevrildiyi görməyə mane olmazdı. 2.

Saxta nəzəriyyənin süqutu

    30.11.2013

Təkamül nəzəriyyəsinin darvinsayağı izahı 1. Təbii seçmə: zəif fərdlər ətraf mühitin dağıdıcı amillərinin təsiri ilə məhv olur və yalnız güclü fərdlər qala bilir. Darvinistlərin görüşünə görə təbii seçmə ətraf mühitə daha çox uyğunlaşa bilən orqanizmlərin qorunub qalmasıdır. Güclü və sağlam fərdlər qalaraq öz güclü xüsusiyyətlərini irsən ötürür. Zaman keçdikcə güclü xüsusiyyətlər birləşərək yeni xüsusiyyətləri əmələ gətirir. Bu cür təkamül orqanizmlərin qazandıqları xüsusiyyətləri sayəsində onların daha çox inkişaf edən varlıqlara təkamül etməsinə imkan verir. 2.

Darvin nəzəriyyəsi nə haqdadır?

    28.11.2013

Bu nəzəriyyənin tərəfdarları həyatın yaranmasını izah etmək istəmişlər və onların görüşləri insanlar arasında geniş yayılmışdır. Bu nəzəriyyəni həqiqət kimi qəbul edən bir çox təmiz niyyətli insanlar onun geniş yayılmasına böyük təkan vermişlər. Habelə öz maraqlarına xidmət etdiyinə görə onu pis niyyətlə yayanlar da olmuşdur. Bu nəzəriyyə insanın yaradılışını vəsf edən dini təlimləri inkar edir və onun sayəsində din əleyhdarları öz mövqelərini elmi metodlarla əsaslandıraraq insanları zəlalətə sürükləməyə çalışırlar. Bu nəzəriyyə nə haqdadır?

Onlar ancaq zənnə qapılırlar

    28.11.2013

Bəzi insanlar hesab edirlər ki, təbiət kainatın tabe olduğu qanunlardır. Müasir elm adamları bu fikiri dəstəkləyirlər. Onlar belə deyirlər: “Kainat, hətta xırda şeylərə qədər hadisələri idarə edən qanunlara tabedir. Kainatdakı bütün hadisələr bu qanunlara əsasən baş verir. O, dəqiq və xətasız, uzun müddət işləyən və qurmağa ehtiyacı olmayan saata bənzəyir.” Onlar əslində “Kainatı kim yaratmışdır?” sualına cavab vermirlər: Onlar kainatın mövcud olması və onun qanunlarının necə işləməsi haqqında danışırlar.

Konservi kəşf edən nəzəriyyə

    27.11.2013

Müasir bütpərəstliyin geniş yayılmasının səbəblərindən biri də təbiətin Yaradan olması düşüncəsinin insanlara aşılanmasıdır. İnsan və heyvanların sürfələrinin, eləcə də qida məhsulu ilə qidalanan və onu xarab edən bakteriyaların yaranmasını müşahidə edən alimlər qərara aldılar ki, bu canlı varlıqlar ətraf mühitdən yaranırlar. Təbiəti müasir bütə çevirən bu nəzəriyyə tez bir zamanda Allahın hidayətindən uzaq olan azğın insanların ürəklərində yerləşdi. Lakin bir müddət keçdikdən sonra məşhur fransız alimi Paster bu nəzəriyyənin batilliyini üzə çıxartdı.

"Bizi təbiət yaratmışdır" deyənlərə cavab

    27.11.2013

Müasir dövrdə insanlar arasında kainatın təbiət tərəfindən yaradılması düşüncəsi geniş vüsət almış və hətta məşhur alimlər tərəfindən dəstəklənmişdir. İnsanların əksəriyyəti bununla hər şeyin yaranmasını izah etmək istəyir və belə deyirlər: “Bizi təbiət yaratmışdır.” Biz onlardan soruşmaq istəyirik: “Siz təbiət dedikdə nəyi nəzərdə tutursunuz? Bunu dedikdə hər bir şeyin təbiətini, yoxsa kainatın tabe olduğu qanunları nəzərdə tutursunuz? Yaxud siz kainatı yaradan gözəgörünməz bir gücü nəzərdə tutursunuz?

Təsadüf, yoxsa qanunauyğunluq?

    27.11.2013

Bəzi insanların belə dediklərinə də rast gəlmək olur: “Əgər altı meymun yazı makinasının qarşısına əyləşib onun düymələrinin üzərinə milyard il döyərsə, böyük ehtimal vardır ki, onların yazdığı bəzi səhifələrin arasında Şekspirin sonetlərinin birinə rast gəlmək olar.” Hind mütəfəkkiri Vahidəddin Xan bu sözləri ingilis yazıçı-ateist C. Xakslinin kitabından sitat gətirdikdən sonra belə yazmışdır: “Bu cür ifadələr və onlara verilən məna – ağ yalandır.

Pages