Allahın adları

Allahın "əs-Səmi`" adının mənası

    29.12.2014

əs-Səmi´ sözü eşidən deməkdir. Uca Allah bəndələrinin gizli və aşkar danışıqlarını eşidir. Allahın əs-Səmi´ adı Qurani-Kərimdə qırx beş dəfə zikr edilir. Uca Allah buyurur: “Həqiqətən, özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəklərində böyüklük iddiasından başqa bir şey yoxdur. Onlar heç vaxt buna çatmayacaqlar. Sən Allaha sığın! Həqiqətən, O, Eşidəndir, Görəndir” (Ğafir, 56).

Allahın "əl-Həlim" adının mənası

    22.12.2014

əl-Həlim sözü mülayim olan, yumşaq davranan deməkdir. Allahın əl-Həlim adı Qurani-Kərimdə on bir dəfə zikr edilir. Uca Allah buyurur:
“Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır” (İsra, 44).
Həmçinin buyurur: “Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır” (Fatir, 41).

Allahın "ər-Razzaq" adının mənası

    17.12.2014

ər-Razzaq ruzini yaradan və bol ruzi verəndir. Məxluqa fayda verən hər bir şey ruzi adlanır. Allahın ər-Razzaq adı Qurani-Kərimdə bir dəfə zikr edilir. Uca Allah buyurur: “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım. Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm. Həqiqətən, Allah ruzi verəndir (ər-Razzaq), qüvvət sahibidir, Mətindir” (əz-Zəriyət, 56-58).  

Allahın "əl-Xaliq" və "əl-Xalləq" adlarının mənası

    16.12.2014

əl-Xaliq sözü yoxdan yaradan deməkdir. Uca Allah buyurur: “Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir məbud yoxdur. Necə də haqdan döndərilirsiniz!” (Fatir, 3).
Allahın əl-Xaliq adı Qurani-Kərimdə on bir dəfə zikr edilir. Uca Allah buyurur: "Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Hər şeyin Yaradıcısı Allahdır! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır" (əl-Ənam, 102).

Allahın "əl-Həkim" və "əl-Həkəm" adlarının mənası

    08.10.2014

əl-Həkim və əl-Həkəm sözlərinin hər ikisinin mənası hikmətli və hökm verən deməkdir. Uca Allahın əl-Həkim adı Qurani-Kərimdə 94 dəfə, əl-Həkəm adı isə cəmi bir dəfə zikr olunur. Uca Allah buyurur:
“O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir (əl-Həkim) (əl-Həşr, 24). 
əl-Həkəm - hökm sahibi olan, heç kəsə pislik və ya zülm etməyəndir.   

Allahın "əl-Həyy" və "əl-Qayyum" adlarının mənası

    08.08.2014

Uca Allahın əl-Həyy adı Qurani-Kərimdə dörd dəfə, əl-Qəyyum adı isə üç dəfə zikr edilir. Uca Allah buyurur: “Allah, Ondan başqa ibadə layiq olan məbud yoxdur, ədi Yaşayandır (əl-Həyy), bütün yaratdıqlarının Qəyyumudur (əl-Qayyum) (əl-Bəqərə, 255). 
əl-Həyy kamil həyata sahib olandır. O, əzəli və əbədi olan, həmişə var olub əbədi Yaşayandır. Ondan başqa hər kəs ölümə məhkumdur. Uca Allah buyurur:

Allahın "ər-Rahmən" və "ər-Rahim" adlarının mənası

    06.08.2014

ər-Rahmən (Mərhəmətli) və ər-Rahim (Rəhmli) sözlərinin hər ikisinin də mənası mərhəmətli deməkdir. Lakin ər-Rahmən ər-Rahimdən daha geniş mənaya sahibdir. Onun mərhəməti dünyada bütün məxluqatı əhatə edir, Axirətdə isə yalnız möminlərə məxsus ediləcək. Ona görə də “ər-Rahmən dünya və axirətdə Mərhəmət edən, ər-Rahim isə axirətdə Rəhm edəndir” deyilir. Uca Allahın ər-Rahmən adı Qurani-Kərimdə 57 dəfə, ər-Rahim adı isə 114 dəfə qeyd olunur.

Allahın "əl-Aziz" və "əl-Cəbbar" adlarının mənası

    01.08.2014

Uca Allahın əl-Aziz adı hamıdan izzətli, qüvvətli və hər şeyə qalib gələn deməkdir. Uca Allahın əl-Aziz adı Qurani-Kərimdə doxsan iki dəfə zikr edilir. Allah təala buyurur:
“Həqiqətən, O, Qüdrətlidir (əl-Aziz), Müdrikdir” (əl-Ənfal, 63).   
Həmçinin buyurur: “Göylərdə və yerdə Allahdan qaçıb xilas ola biləcək heç bir şey yoxdur. Həqiqətən, O, Biləndir və hər şeyə Qadirdir” (Fatir, 44).
Uca Allahın əl-Cəbbar adı isə ən əzəmətli və ən güclü olan deməkdir. Bu ad Qurani-Kərimdə bir dəfə zikr edilir. Allah təala buyurur:

Pages