axirət

Cənnətdə ən aşağı mərtəbəyə kim sahib olacaq?

    01.05.2014

Allah Elçisi - sallallahu aleyhi və səlləm - demişdir: “Musa öz Rəbbindən soruşdu: “Cənnət əhlindən ən aşağı mərtəbəyə sahib olan kimdir?”
Allah buyurdu: “Cənnət əhli Cənnətə daxil olduqdan sonra bir kişi gələcək və ona: “Cənnətə daxil ol!”- deyiləcək.
O da: “Ey Rəbbim, necə daxil olum ki, artıq insanlar gəlib öz yerlərini tutmuş və alacaqlarını da almışlar”- deyə cavab verəcək.
Ona: “Dünya hökmdar­larından birinin mül­kü qədər mülkə sahib olmağa razısan?”- deyiləcək.
O da: “Razıyam, ey Rəbbim!”- deyə cavab verəcək.

Cənnət padşahların məskənidir!

    01.05.2014

Əbu Səid demişdir: “Uca Allah Cənnəti bir kərpic qızıldan, bir kərpic gümüşdən yaratdı, orada bitkilər saldı və ona buyurdu: “Danış!” Cənnət dedi: “Möminlər, həqiqətən də, nicat tapmışlar” (əl-Muminun, 1). Mələklər də ora daxil olub dedilər: “Xoş olsun sənin halına, ey padşahların məskəni!”  

Cənnətə ən axırıncı kim daxil olacaq?

    01.05.2014

      Qiyamət günü Uca Allah öz bəndələri arasında hökm verdikdən sonra bəzi insanları günahkar olduqlarına görə Cəhənnəmə göndərəcək. Onlar orada bir müddət əzab gördükdən sonra Cənnətə gətiriləcəklər. Peyğəmbər salləllahu aleyhi və səlləm həmin insanların ən axırıncısı haqda belə demişdir: “Mən Cəhənnəmdən ən axırıncı çıxanı və Cənnətə ən axırıncı daxil ola­nın kim olacağını bilirəm. O kişi Cəhənnəmdən sürünərək çıxacaq və Uca Allah ona buyuracaq: “Get, Cənnətə gir!”

Ölümdən sonra dirilmə necə olacaq?

    14.04.2014

      Qiyamət günü Uca Allah çürümüş cəsədləri yenidən dirildib əvvəlki halına salacaq və ruhları bədənlərə qaytaracaqdır. Daha sonra isə haqq-hesaba çəkilsinlər deyə onları məhşərə aparacaqdır. Uca Allah buyurur: “O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?” De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir” (Ya sin, 78-79).

Dəccaldan qorunmağın yolları

    06.04.2014

      Məsihi Dəccal Adəm övladından olan bir kişidir. Qiyamətə yaxın vaxtda çıxacaq və insanların çoxu onun fitnəsinə uyacaqdır. O bir sıra fövqəladə əməllər edəcək və Allahlıq iddiasında olacaq, lakin onun etdikləri möminlərə təsir etməyəcək. Məkkə ilə Mədinədən savayı hər yerə gedəcək, onun cənnəti və cəhənnəmi olacaq, lakin onun cənnəti cəhənnəm, cəhənnəmi isə cənnət olacaq. Abdullah ibn Ömər demişdir: 

Sirat körpüsü nədir?

    22.03.2014

      Sirat sözü aydın yol deməkdir. Sirat Qiyamət günü Cəhənnəmin üzərində qurulacaq körpüdür ki, əvvəlincilərdən axırıncılaradək bütün insanlar onun üzərindən keçəcəklər. Həmçinin, məhşərdəki cənnətliklər onun üzərindən keçib Cənnətə daxil olacaqlar. Quranda və səhih hədislərdə bu körpünün həqiqət olduğuna dair çoxlu dəlillər vardır. Uca Allah buyurur:

Tərəzi haqqında

    21.03.2014

      Axirətə iman gətirməklə bağlı digər bir məsələ də Qiyamət günü tərəzinin qoyulacağına iman gətirməkdir. Burada bir dili və iki gözü olan həqiqi tərəzi nəzərdə tutulur. Həmin tərəzidə insanların əməlləri çəkiləcək, zərrə qədər yaxşı və pis işləri hesaba alınacaqdı. Uca Allah buyurur:
“Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir” (əl-Ənbiya, 47).

Pages