axirət
"ət-Təkəsur" surəsinin izahı
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki,
2. gömülməklə qəbirləri ziyarət etdiniz.
3. Yox-yox! Siz aqibətinizi hökmən biləcəksiniz!
4. Bir də yox! Siz aqibətinizi tezliklə biləcəksiniz!
5. Xeyr! Kaş ki, yəqin biləydiniz.
6. Siz Cəhənnəmi mütləq görəcəksiniz!
7. Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz!
Cənnətə və Cəhənnəmə gedən zümrələr
Uca Allah buyurur: “Sur üfürüləcək və Allahın istədiyi kimsələrdən başqa göylərdə və yerdə kim varsa, hamısı öləcəkdir. Sonra bir daha ona üfürülən kimi onlar qalxıb baxacaqlar. Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, əməllər yazılmış kitab hər kəsin qarşısına qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəkdir. Onların arasında ədalətlə hökm veriləcək və onlara haqsızlıq edilməyəcəkdir. Hər kəsə öz əməlinin əvəzi tam veriləcəkdir. Allah onların nə etdiklərini yaxşı bilir.
Cənnətin qapıları
Cənnətin səkkiz qapısı vardır. Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Hər kim Allahdan başqa həqiqi məbudun olmadığına, Onun Tək olduğuna, Muhəmmədin Onun qulu və elçisi olduğuna, İsanın Allahın qulu, kənizinin oğlu, Məryəmə göndərdiyi kəlməsi və ruhundan olduğuna, Cənnətin haqq, Cəhənnəmin də haqq olduğuna şahidlik etsə, Allah Cənnətin səkkiz qapısından dilədiyi ilə onu Cənnətə daxil edər”. (Muslim, 140).
Möminin və kafirin qəbirdəki halı
Özünüzü Oddan qoruyun!
Rəvayət edilir ki, Adiy ibn Hatim demişdir: “Mən Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yanında olarkən iki nəfər şikayətə gəldi. Onlardan biri kasıbçılıqdan, digəri isə yol kəsən quldurlardan şikayət etdi. Peyğəmbər onları dinlədikdən sonra dedi: “Yol kəsən quldurlara gəlincə, az bir zaman keçdikdən sonra karvanlar yanlarında heç bir mühafizəçi aparmadan Məkkəyə yollanacaqlar. Kasıbçılığa gəldikdə isə, bilin ki, biriniz əlindəki sədəqə ilə gəzib-dolaşıb bunu ondan qəbul edəcək bir adam tapa bilməyəcəyi vaxt gəlməyincə Qiyamət qopmayacaq.
Allahın razılığı ən böyük nemətdir
Allah Elçisi - sallallahu aleyhi və səlləm - demişdir: “Allah Cənnət əhlinə buyuracaq: “Ey Cənnət əhli!”
Onlar: “Buyur, ey Rəbbimiz, əmrinə müntəzirik!”- deyə cavab verəcəklər.
Allah soruşacaq: “Razı qaldınızmı?”
Onlar deyəcəklər: “Bizə nə olub ki, razı qalmayaq?! Axı Sən bizə, yaratdıqlarından heç kəsə vermədiyin nemətləri bəxş etmisən!”
Allah buyuracaq: “Mən sizə bundan da yaxşısını verəcəyəm!”
Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bundan yaxşı nə ola bilər ki?”
Qiyamətin mənzərəsi
Cənnət əhlinin vəsfi
Cənnətdə ən aşağı mərtəbəyə kim sahib olacaq?
Allah Elçisi - sallallahu aleyhi və səlləm - demişdir: “Musa öz Rəbbindən soruşdu: “Cənnət əhlindən ən aşağı mərtəbəyə sahib olan kimdir?”
Allah buyurdu: “Cənnət əhli Cənnətə daxil olduqdan sonra bir kişi gələcək və ona: “Cənnətə daxil ol!”- deyiləcək.
O da: “Ey Rəbbim, necə daxil olum ki, artıq insanlar gəlib öz yerlərini tutmuş və alacaqlarını da almışlar”- deyə cavab verəcək.
Ona: “Dünya hökmdarlarından birinin mülkü qədər mülkə sahib olmağa razısan?”- deyiləcək.
O da: “Razıyam, ey Rəbbim!”- deyə cavab verəcək.









