axirət

Axirət günü nədir?

    14.02.2014

     Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – İslamın və imanın əsaslarına dair məşhur hədisdə Cəbrayılın: “Mənə iman haqqında xəbər ver!” – buyruğuna belə cavab vermişdir: “(İman) Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə, qədərin xeyrinə və şərinə qəti inanmaqdır.” Müsəlman bu altı əsasa iman gətirmədikcə, həqiqi mömin ola bilməz. Axirətə iman imanın altı əsasından biri hesab olunur. Uca Allah buyurur:

Dəccalın fitnəsi

    30.01.2014

Nəvvas ibn Səman demişdir: “Bir gün Allah Elçisi - salləllahu aleyhi və səlləm - Dəccal haqqında danışırdı. Onun haqqında gah yavaş, gah da yüksək səslə (elə bir tərzdə) danışdı ki, biz onun xurmalıqlarda olduğu­nu güman etdik. Təkrarən onun yanına gəldiyimiz zaman o, bi­zim halımızı görüb soruşdu: “Sizə nə olub?” Biz dedik: “Ey Allahın Elçisi! Bu gün səhər sən Dəccal haqqında gah yavaş, gah da yüksək səslə (elə bir tərzdə) danışdın ki, biz onun xurmalıq­larda olduğunu güman etdik”. O dedi: “Sizin üçün Dəccaldan başqa şeylərdən daha çox qorxuram.

Qiyamət qopacağı zaman

    29.01.2014

Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Amalı eyni olan iki böyük ordu bir-birilə vuruşmayınca qiyamət qopmayacaq. Onların arasında bö­­yük bir döyüş olacaqdır. Nəhayət, otuza yaxın yalançı dəccal meydana çı­xa­caq və onlar­dan hər biri Allahın rəsulu olduğunu iddia edəcəkdir. Habelə, (alimlərin vəfat etməsi ilə dini) elm ara­dan qaldırılmayınca, zəlzələlər çoxalmayınca, zaman yaxınlaşma­yınca (bərəkəti azalmayınca), fitnələr baş qaldırmayın­ca, hərc – yəni qətl hadisələri artmayınca, əli­nizdə olan var-dövlət art­mayınca qiya­mət qopmayacaq.

Axirət həyatında ölüm varmı?

    29.01.2014

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - "Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər" (Məryəm, 39) ayəsi haqqında belə demişdir:
"Qiya­mət gü­nü ölüm ağlı-qaralı, buynuzlu qoç şəklində gətiriləcək.
Sonra carçı: “Ey Cən­nət əhli!”– deyə çağıracaq. Cən­nət əhli başlarını qaldırıb ona tərəf ba­xa­caq­lar.
Carçı: “Bunu tanı­yırsınızmı?”– deyə soru­şacaq.
Onlar: “Bəli, bu ölüm­dür!”– deyə cavab verəcək­lər. Çünki onların hamısı ölümü görmüşdülər.

Tubə olsun!

    25.01.2014

Tubə nədir?

Tubə ifadəsi Quranın bu ayəsinə bənzəyir. Uca Allah buyurur: “İman gətirib saleh əməl­lər edən­lər üçün xoş güzəran (tubə) və gö­zəl qayı­dış yeri hazırlan­mışdır” (ər-Rəd, 29).

Qəbir əzabı haqqında

    21.01.2014

Rəvayət edilir ki, Səmura ibn Cundəb demişdir: “Peyğəmbər (çox vaxt sübh) namazını qıldıqdan sonra üzünü bizə tərəf çevirib: “Sizlərdən kim bu gecə yuxu görüb?”– deyə soruşardı. Yuxu görən adam öz yuxusunu danışar, o da ona: “Allahın istədiyi oldu!”– deyərdi. Bir gün yenə soruşdu: “Siz­lərdən bu gecə yuxu görən olubmu?” Biz: “Xeyr!”– deyə cavab verdik. Dedi: “Mən isə bu gecə yuxuda iki nəfər gördüm. Onlar mənim yanıma gəldilər və əlimdən tutub müqəddəs torpağa apar­dılar. Bir də gördüm ki, bir nəfər yerdə oturub, başqa birisi də əlində dəmir qarmaq (onun başı üstündə) dayanıb.

Musa ilə ölüm mələyinin qarşılaşması

    20.01.2014

Rəvayət edilir ki, Əbu Hureyra demişdir: “Ölüm mələyi Musanın yanı­na gön­dərildi. Mələk Musanın yanına gəldikdə Musa onu vurdu və onun gözü çıxdı. Mələk Rəbbinin yanına qayıdıb dedi: “Sən məni ölmək istəməyən bir bəndənin yanına göndərdin.” Allah onun gözünü yerinə qaytardı və buyurdu: “Qa­yıt və ona de ki: “Əlini öküzün belinə qoysun. Əlinə gələn tüklərin sayı qədər – hər bir tükün müqa­bilində bir il ömrü artacaq.”
Musa dedi: “Ey Rəbbim! Son­ra nə olacaq?”
Allah buyurdu: “Sonra öləcəksən!”

Qiyamət günündə Peyğəmbərin şəfaəti

    06.01.2014

Rəvayət edilir ki, Ənəs demişdir: “Muhəmməd - ona və ailəsinə Allahın salavatı və salamı olsun - bizə belə rəvayət etmişdir: “Qiyamət günü insanların arasına çaxnaşma düşəcək. Nəhayət, onlar Adəmin yanına gəlib deyəcəklər: “Ey Adəm! Rəbbinin yanında bizdən ötrü havadarlıq et (şəfaətçi ol)!” Adəm deyəcək: “Mən buna layiq deyiləm. Lakin siz İbrahimin yanına gedin. Həqiqətən, o, Mərhəmətli Allahın ən sevimli dostudur.” Sonra onlar İbrahimin yanına gələcəklər. İbrahim deyəcək: “Mən buna layiq deyiləm. Lakin siz Musanın yanına gedin.

Öləndən sonra yenidən diriləcəyikmi?

    21.09.2013

Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – İslamın və imanın əsaslarına aid məşhur hədisdə Cəbrayılın: “Mənə iman haqqında xəbər ver!” – buyruğuna belə cavab vermişdir: “(İman) Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə, qədərin xeyrinə və şərinə qəti inanmaqdır.” Müsəlman bu altı əsasa iman gətirmədikcə, həqiqi mömin ola bilməz. Axirətə iman imanın altı əsasından biri və əməlisaleh müsəlmanların etiqadının əsası hesab olunur. Uca Allah buyurur: “Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir.

Pages