yaradılış

Qəlb nədir?

    22.06.2014

Qəlb sözü qəlib deməkdir. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Yer əhlindən Uca Allaha məxsus olan qablar vardır. Rəbbinizin qabları Onun əməlisaleh qullarının qəlbləridir. Onlardan Allaha ən sevimli olanı isə ən yumşaq və zərif olanıdır”.

Odur!

    16.04.2014

“Gecəni rahatlanmanız üçün yaradan, gündüzü də ruzi qazanmanız üçün işıqlı edən Odur. Həqiqətən, bunda eşidən adamlar üçün dəlillər vardır” (Yunus, 67).
 
“Göydən suyu endirən Odur. Bu, həm sizin içməyiniz, həm də içində mal-qaranızı otardığınız otların bitməsi üçündür” (ən-Nəhl, 10).
 

Ölümdən sonra dirilmə necə olacaq?

    14.04.2014

      Qiyamət günü Uca Allah çürümüş cəsədləri yenidən dirildib əvvəlki halına salacaq və ruhları bədənlərə qaytaracaqdır. Daha sonra isə haqq-hesaba çəkilsinlər deyə onları məhşərə aparacaqdır. Uca Allah buyurur: “O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?” De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir” (Ya sin, 78-79).

Adəmin yaradılması

    29.01.2014

Uca Allah yer üzərində yalnız Ona ibadət edəcək şüurlu bir varlıq yaratmaq istəyərkən mələklərinə xitab edərək belə demişdir:
“Sənin Rəbbin mələklərə: "Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!"– dedikdə, - 
Uca Allah Adəmi və onun zürriyyətini yaratması haqda öyünmək üçün əvvəlcədən onlara xəbər verir. Mələklər isə bu yaradılışın hikmətini bilmək üçün: 
onlar: "Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?"– söylədilər.

Hüceyrədəki möcüzə

    09.01.2014

Heyvanların və bitkilərin əksəriyyəti çoxlu sayda kiçik hissəciklərdən ibarətdir. Biz bu hissəcikləri hüceyrə adlandırırıq. Bizim və başqa canlıların orqanizmlərin hüceyrələri daima bölünür. Bu bölünmə prosesi orqanizmə hüceyrələrin inkişaf etməsinə və bərpa olunmasına xidmət edir. Hüceyrənin quruluşunun əsasını protoplazma adlanan maddə təşkil edir. Hər bir hüceyrənin daxilində müəyyən funksiyaları yerinə yetirən kiçik hissəciklər vardır. Onların arasında irsi məlumat daşıyan, xromosom adlanan kiçik elementlər vardır.

Əgər insan bir az düşünsə...

    07.01.2014

Əgər insan bir az düşünsə, onu yaradan, ona qabiliyyətlər bəxş edən qüvvənin Uca Allah olduğunu anlayar. İnsanın ən ümdə vəzifəsi öz Yaradanını tanımaqdır. Yaradanı tanımadan Ona iman gətirmək mümkün deyildir. Düzgün iman əldə etməyə can atan hər bir kəs elmə yiyələnməlidir. Əgər biz kainatda olan varlıqlar; günəş, ay, planet, ulduz, gecə, gündüz, külək, yağış, insan, heyvan və bitkilər haqqında fikirləşsək, şübhə etmədən bu varlıqların hamısının bir Yaradanı olması nəticəsinə gələrik. Yaradılışda olan hər bir ünsür yaradanın qabiliyyətinə işarə edir.

İnsanın yaradılışı

    04.12.2013

İnsanlar öz yaradılışlarının şahidləri olmadıqları halda onun haqqında necə danışa bilərlər?! Uca Allah Qurani Kərimdə əzəli həqiqətlər haqqında danışır və insanı haqqı dinləməyə çağırır: "Quran oxunduğu zaman onu dinləyin və susun ki, bəlkə sizə rəhm olunsun" (əl-Əraf, 204). Uca Allah insanın yaradılışı haqqında xəbər verərək buyurur: “Ey insanlar!

Müstəmləkəçilərin nəzəriyyəsi

    02.12.2013

Darvin nəzəriyyəsinin yayılmasına səbəb insanların təhrif olunmuş xristian dininin yanlış olmasını sübut etmək imkanı əldə etdikləri bir dövrdə meydana gəlməsidir. Elmin inkişafı bu dinin yanlış olmasını aşkara çıxartmaqda böyük rol oynamışdır. Bu inkişaf amansız mübarizələrə gətirib çıxartdı və minlərlə təbiətşünas alim bu mübarizənin qurbanı olmuşdur. Bu şiddətli döyüşdə hər iki tərəf hər yola əl atmış və Darvin nəzəriyyəsi təbiətşünas alimlərin əlində öz dinlərinə, sonra isə müstəmləkəçilərin ayaq basdığı ölkələrdə yayılan başqa dinlərə qarşı silaha çevrilmişdir.

Alimlər sübut tələb edirlər

    02.12.2013

Darvin nəzəriyyəsi tərəfdarları fikir azadlığını müdafiə etdiklərinə görə bu nəzəriyyəni dəstəkləyərək ruhanilərə və onların ideyalarına qarşı mübarizə etməyə başladılar. Bu nəzəriyyənin əleyhdarları isə təbii seçmə yolu ilə növlərin yaranmasının, xüsusi ilə də insanın yaranmasının sübutlarını tələb edirlər. Professor İbrahim Xəurani belə yazır: “Alimlər Darvinin nəzəriyyəsi ilə razılaşmır, əksinə Darvinin iyirmi il təhqiqat aparmasına baxmayaraq onu inkar edib tənqid edirlər.” Bundan sonra o, Darvinin nəzəriyyəsi ilə razılaşmayan bəzi alimlərin sözlərini gətirir.

Dəlillərə əsaslanmayan nəzəriyyə

    01.12.2013

1. Əgər Darvin nəzəriyyəsi doğru olsaydı, biz insanın və müxtəlif heyvanların təkcə cinsiyyətli yolla çoxalma ilə deyil, həm də növlərin təkamülü nəticəsində yaranmasını müşahidə edərdik. Əgər təkamül etmək üçün yüz illərin keçməsi belə lazım gələrdisə, bu yenə də bizə bir qrup meymunun bir-birinin ardınca insanlara çevrildiyi görməyə mane olmazdı. 2.

Pages