Quran bənzərsizdir!
Uca Allahın insanlara göndərdiyi peyğəmbərlər (Allahın onlara salamı olsun) öz dövrlərinə və cəmiyyətlərinə xas olan möcüzələr göstərirdilər. Bu möcüzələr onların xalqlarının daha çox nailiyyət qazandıqları sahələri ilə bağlı olurdu. Musa peyğəmbərin (aleyhis-sələm) dövründə Misir əhalisi arasında sehrbazlıq geniş yayılmışdır. Ancaq Uca Allahın Musaya (Allahın ona salamı olsun) verdiyi möcüzələr sehrbazların məharətini qat-qat üstələmişdir. İsa peyğəmbərin dövründə isə İsrail oğulları tibb sahəsində daha çox nailiyyət əldə etmişdilər.