quran

Talutun əhvalatı

    19.07.2014

Talut - Allahın İsrail oğullarına təyin etdiyi hökmdar olmuşdur. O, əməlisaleh, mömin bəndə idi. Uca Allah ona güclü bədən quruluşu və idarəetmə bacarığı bəxş etmişdir. Talut qoşun toplayaraq Calutun qoşununa qarşı döyüşə çıxdı. Möminlər Allahın yardımı sayəsində düşməni darmadağın etdilər. Qoşunun tərkibində döyüşən Davud peyğəmbər Calutu öldürdü. Uca Allah bu haqda buyurur:
“Musadan sonra İsrail oğullarından olan əyanların başına gələnləri bilmirsənmi? O zaman onlar öz peyğəmbərlərinə dedilər: "Bizə bir hökmdar təyin et ki, Allah yolunda vuruşaq!"

Allahın buyurduğu on əmr

    19.07.2014

Uca Allah buyurur: “De: "Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum". Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız.

Üç elçi göndərilmiş şəhər sakinlərinin əhvalatı

    11.07.2014

Allah təala buyurur: "Sən onlara o zaman elçilər gəlmiş şəhər sakinlərini misal çək. O zaman onlara iki nəfər elçi göndərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də elçilərimizi üçüncüsü ilə qüvvətləndirdik.
Elçilər: "Həqiqətən, biz sizə göndərilmiş elçilərik"– dedilər.
Onlar dedilər: "Siz də bizim kimi sadəcə bir insansınız. Mərhəmətli Allah sizə heç bir şey nazil etməmişdir. Siz ancaq yalan danışırsınız".
Elçilər dedilər: "Rəbbimiz bilir ki, biz, həqiqətən də, sizə göndərilmiş elçilərik. Bizim vəzifəmiz ancaq vəhy olunanı aşkar təbliğ etməkdir".

Allahın nemətləri

    07.07.2014

Uca Allah buyurur: "Allah göyləri və yeri gerçək yaratmışdır. O, müşriklərin qoşduqları şəriklərdən ucadır. Allah insanı nütfədən yaratdı. O isə açıq-aşkar mübahisəçiyə çevrildi. Mal-qaranı da O yaratdı. Onlarda sizin üçün istilik (bədəninizi isti saxlayan yun geyim) və başqa faydalar vardır. Həmçinin onlardan yeyirsiniz. Mal-qaranı axşam tövləyə qaytardıqda, səhər çölə buraxdıqda onlara baxıb fərəhlənirsiniz. Onlar yüklərinizi, özünüzün çətinliklə apara biləcəyiniz bir ölkəyə daşıyırlar. Həqiqətən də, Rəbbiniz Şəfqətlidir, Rəhmlidir.

Habil və Qabilin əhvalatı

    06.07.2014

Habil və Qabil Adəm peyğəmbərin oğullarıdır. Qabil Habilə paxıllıq etdiyinə görə onu qətlə yetirdi. Bu, yer üzündə insanlar arasında baş verən ilk qətl hadisəsi idi. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Haqsız ye­rə qətlə yetirilən elə bir insan yoxdur ki, onun (axıdılmış) qanına görə (qa­za­nılmış günahdan) ilk Adəm oğluna bir pay çatmış olmasın. Çünki adam öldürməyin əsasını o qoymuşdur.” (əl-Buxari, 3335). Uca Allah Qurani Kərimdə bu haqda belə buyurur:  

İbrahim peyğəmbər haqqında

    20.06.2014

Uca Allah buyurur: "Bir zaman İbrahim atası Azərə demişdi: "Sən bütləri məbudlarmı qəbul edirsən? Mən səni və sənin qövmünü açıq-aydın azğınlıq içində görürəm".
Beləcə, Biz, İbrahimə göylərin və yerin səltənətini göstərdik ki, yəqinliklə inananlardan olsun.
Gecənin qaranlığı onu bürüdükdə o, ulduz görüb: "Bu mənim Rəbbimdir!"– dedi. O batdıqda isə: "Mən batanları sevmirəm!"– dedi.
Doğan ayı gördükdə: "Bu mənim Rəbbimdir!"– dedi. O batdıqda isə: "Əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən azmış adamlardan olardım"– dedi.

Yusuf peyğəmbərin həyatı

    30.05.2014

Uca Allah Yusuf peyğəmbər haqqında ayrıca surə nazil etmişdir. Bu surə bütövlükdə Yusuf peyğəmbər haqqındadır. Muhəmməd Pey­ğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - onun fəziləti haqqında demişdir: “İbra­himin oğlu İs­haq, onun oğlu Yaqub, onun da oğlu Yusuf, möh­tərəm peyğəmbərdir, özü də möhtə­rəm peyğəmbərin oğlu­dur, atası da möhtərəm peyğəmbərin oğ­lu­dur, babası da möhtə­rəm peyğəmbərin oğlu­dur.” (əl-Buxari, 3382).  
Yusuf surəsi Məkkədə nazil olmuşdur, 111 ayədən ibarətdir.

Qarunun əhvalatı

    27.05.2014

Uca Allah Qurani Kərimdə insanlara ibrət olsun deyə Qarunun əhvalatı haqda xəbər verir. Allah buyurur: “Həqiqətən, Qarun Musa ilə həmtayfa idi. Amma onlara qarşı yamanlıq edirdi. Biz ona elə xəzinələr vermişdik ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama ağır gəlirdi. Qövmü ona dedi: "(Var-dövlətinlə) öyünmə! Həqiqətən, Allah öyünənləri sevmir. Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də başqalarına yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma.

Cinlər haqqında surə

    20.05.2014

Cinlər - Uca Allahın yer üzərində oddan yaratdığı şüurlu məxluqlardır.  İnsanlar kimi cinlərdən də müsəlman və ya kafir olanı vardır. İnsanları doğru yoldan sapdıranları şeytan adlanırlar. İnsanlar bəzən onları görə bilir­. Peyğəmbər demişdir: “Dünən cinlər­dən çox qüvvətli birisi namazımı yarımçıq kəsmək üçün yanıma gəldi. Lakin Allah mənə onu tut­mağa yardım etdi. Əvvəlcə mən istədim onu məscidin dirəklə­rin­dən birinə bağ­layım ki, səhər açıldıqda hamınız ona baxa biləsiniz, ancaq qar­daşım Suley­manın dediyini xatırladım. O demişdir: “Ey Rəbbim!

Pages