Quranın tərtibatı
Quran sözü oxuma, cəm etmə deməkdir. Quran Uca Allahın peyğəmbərlərin sonuncusu Muhəmmədə - ona və ailəsinə Allahın salavatı və salamı olsun - nazil etdiyi kəlamıdır. Quran Peyğəmbərimizə iyirmi üç il ərzində müxtəlif vaxtlarda nazil olmuşdur. Qısa surələrin çoxu birdəfəlik, əksər uzun surələr isə hissə-hissə nazil olmuşdur. Məkkə müşrikləri Muhəmməd peyğəmbərin dəvətinə kölgə salmaq, onu yalançı çıxartmaq üçün yəhudilərdən müqəddəs kitablar barəsində soruşurdular.