Üç il gizli dəvət
“əl-Muddəssir” surəsinin ilk ayələrinin nazil olmasından sonra Allah Elçisi ﷺ insanları Allahın dininə dəvət etməyə başladı. Onun qarşısında cahil va kobud bir qövmü dəvət etmək vəzifəsi dururdu. Cahil ərəblər bütlərə ibadət edir və özlərini haqlı çıxarmaq üçün atalarının da onlara tapındığını bəhanə gətirirdilər. Əxlaq anlayışı çərçivəsində quru bir şərəf anlayışından başqa heç bir şeyləri yox idi. Problemlərinin həlli yolunu ancaq qılıncda görürdülər. Bu hallar bütün Ərabistan yarımadasını bürümüşdü.